ArxivSosialXəbər lentiXəbərlər

MN: İrana zərbə endirən təyyarələrin Azərbaycanın hava məkanından istifadə etməsi barədə məlumatlar yalandır

  • Azərbaycan Müdafiə Nazirliyi İrana hava zərbələri endirdiyi iddia edilən və Rusiyanın “Konteyner” RLS-i tərəfindən aşkar edilən naməlum hərbi təyyarələrin Azərbaycanın hava məkanından istifadə etmələrinə dair məlumatlara cavab verib.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, ermənipərəst qüvvələrin yaydığı bu xəbərin heç bir əsası yoxdur və yalandır: “Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədini güdür. Tamamilə aydındır ki, iki ölkə arasında xoş münasibətlərə zərər vurmaq məqsədilə yayılmış məlumat şər və böhtandan başqa bir şey deyil. Bildiririk ki, Azərbaycan ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button