ArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

MİLLİ-DİNİ DƏYƏRLƏRİMİZİN KEŞİYİNDƏYİK.

Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin sədri Elçin Qasımov yazır:
“Milli-dini dəyərlərimizin keşiyindəyik.
Hər bir millət tarixi keçmişi ilə birbaşa bağlı, bu gününü formalaşdıran və sabahına praktiki əsaslar müəyyən edən dəyərlərə malikdir. Artıq bu bir aksiomadır ki, xalqları bu dəyərlərdən kənar təsəvvür etmək mümkünsüzdür. Vətənimiz Azərbaycan da bu qəbildəndir. Tarixdən süzülüb gələn, təkmilləşən, inkişaf edən dəyərlər, mədəniyyətlər savaşında xalq olaraq milli kimliyimizi qorumağımız bizi yetişdirib, formalaşdırıb. Heç şübhəsiz ki, sabahımızın mütərəqqi olmasının da bu günün müsbət tendensiyası və dəyərlərin qorunması istiqamətində gerçəkləşə biləcəyi şübhəsizdir.
Biz Azərbaycanlıyıq. Köklü adətlər və ali dəyərləri olan bir millətik. Bu millətin genində olan dəyərlər keçmişdən bu gününə təcrübədən keçərək gəlmişdir. Bu dəyərlərlərə fitrəti əsaslara söykənən İslam qovuşunca tam aydın bir tablo- milli kimlik, mənəvi kamillik hasil olmuşdur. Burada qeyrət var- millətin kişilik təfəkkürü, dini dəyanəti, burada mübarizə var- xalqın mərdliyi, dinin əzmi, burada hörmət var- xalqın rəğbəti, dinin ehtiramı, burada şərəf var- xalqın ləyaqəti, dinin heysiyyəti. Burada bir çox müsbət özəlliklər var, olub və olacaq. Bu, millətin genefondunu canlı saxlayan əsas amillərdəndir. Bunu tarixin keçmişindən almışıq, qorumuşuq və ötürməyə məsuluq. Biz, bu dəyərlərin qorunması üçün həmişə ayaqda olmuşuq, mübarizə aparmışıq, məhrumiyyətlərə məruz qalmışıq, həbsxanalara düşmüşük, şəhidlər vermişik. Bundan öncə də Qərbin 2012-ci ildə ölkəmizdə yürüşə hazırlaşdırdığı ünsürlərə qarşı mübarizədə həbs və işgəncəyə məruz qalanlar bu millətin ləyaqətli oğullar olmuş, bir xalq olaraq ləyaqətizliyi rədd etdiyimizi sübut etmişdir. Bu gün də milli və dini dəyərlərlə formalaşan bir xalq olaraq bu düşüncədən əsla kənar deyilik.
Biz, dünyadakı heç bir güc mərkəzinin millətimizin genefonduna zidd addımlarını qəbul etməyəcəyimizi artıq illərdir ki, nümayiş etdirmişik. Bu ideyalar, cərəyanlar istər Qərbdən gəlsin, istərsə də Şərqdən. Biz, milli-dini kimliyimizin keşiyində duraraq bütün bu neqativ addımları rədd edib, milli və dini özünəməxsusluğumuza, bizi biz edən dəyərlərimizə sadiq qalmaqla nicat tapa bilərik. Həmişə də bu dəyərlərin qorunması sərhədlərində bir əsgər kimi canımız-qanımızla dayanmışıq.
Hər kəs bilməlidir ki, dəfələrlə dediyimiz kimi Müsəlman Birliyi Hərəkatı heç bir zaman kiminsə bayrağı altında olmamış, əksinə, ölkəmizdə və dünyadakı proseslərə, ictimai-siyasi hadisələrə göstərdiyimiz münasibətlə müstəqilliyimizi sübut etmişik. Və əmin olun ki, bundan sonra da Allahın izniylə belə davam edəcək. Böyük əksəriyyəti müsəlman olan bu xalqın söz sahibi, idarəçiliyi iqtidarında olmaq istəyənlər onunla razılaşmalıdırlar!
Təəssüf ki bəzən dostların süstlüyü və səhlənkarlığı insanın yadına müttəqilər ağasının dərdini quyulara deməyini xatırladır. Bəlkə indi “gözümdə ox, boğazımda tikan qaldı ” deyimini az da olsa dərk edə bilirik. Bütün hallarda hər kəs bilməlidir ki, dəyərlərimiz bizim üçün müqəddəsdir. Biz o dəyərlərin mübarizəsinə qalxmışıq. Müqəddəs olanların müdafiəsi yolunda canımızı ortaya qoymuşuq və hər an da qoymağa hazırıq. Kimliyindən aslı olmayaraq dinimizə, dəyərlərimizə dil uzadan olarsa, qarşısında biz varıq! Addımınızı ölçüb atın cənablar!”
Elçin Qasımov.
MBH İH sədri.
18.05.2020

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button