AktualAktualArxivXəbərlər

Bakıda vəhhabi əməliyyatı

İyunun 20-də Bakının “Ləzgi məscidi”ndə (“Aşurbəy”) keçirilən əməliyyatla bağlı sensasiyalı xəbər yayılıb.

Axar.az-ın mötəbər qaynaqlardan əldə etdiyi məlumatda iddia olunur ki, əməliyyat zamanı saxlanan sələfilər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu barəsində də sorğu-sual olunublar. Onlardan sələfilərin Bakıda əsas himayəçilərindən sayılan İsrafil Abutalıbov haqda ifadə alınıb, əlaqələrin hansı istiqamətdə olması aydınlaşdırılıb. Bildirilir ki, xüsusi xidmət orqanları İsrafil Abutalıbovun “İraq və Şam İslam Dövləti” (İSİD) terror qruplaşmasına dəstək verməsi, Suriyaya döyüşməyə gedən xəvariclərə şərait yaratması barədə informasiyaları incələnir.
Xatırladaq ki, ötən cümə günü, cümə namazı vaxtı İçərişəhərdə yerləşən “Aşurbəy” məscidində Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşları birgə əməliyyat keçiriblər. Polisə müqavimət göstərən vəhhabilərdən 20-si saxlanılıb. Əməliyyatla bağlı Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri rəsmi məlumat yaymayıb. Məscidin icmasının sədri Hacı Faiq Mustafa musavat.com-a deyib ki, iki aydır hüquq-mühafizə orqanları davamlı məscidə gələrək ibadətlərinə mane olur. Hacı Faiq Mustafanın sözlərinə görə, məqsəd məscidi bağlamaqdır.
Badamdar qəsəbəsindəki məsciddə keçirilən əməliyyatda isə maraqlı təfərrüatları məlum olub. Əməliyyatda iştirak etmiş rəsmi şəxslərdən birinin verdiyi məlumata görə, məsciddən böyük məbləğdə pul çıxıb. Həmçinin əməliyyat zamanı həmin pulları verən şəxslərin adlarının yazıldığı dəftər də aşkarlanıb. Bundan başqa, qadağan olunmuş ədəbiyyat da müsadirə edilib. Əməliyyatda iştirak etmiş şəxs onu da deyib ki, bu gün mətbuatın yazdığı kimi 20 yox, 19 nəfər vəhhabi saxlanılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button