ArxivIslamXəbər lentiXəbərlər

MBH üzvü həbs edildi

Bu ilin mart ayının 13-də saxlanılan Müsəlman Birliyi Hərəkatının üzvü Elvin Mürvətoğlunun məhkəməsi baş tutub.

 

Bu barədə Rakurs.tv-yə onun yaxınları məlumat veriblər.

 

Məlumatda vurğulanır ki, Nərimanov rayon məhkəməsinin hakimi Tural Ələkbərovun sədrliyi ilə keçirilən iclasda Elvin Mürvətoğluya hökm oxunub.

 

Elvin Mürvətoğlunun məhkəmənin hökmü ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, Elvin Mürvətoğlu Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə mahnı həsr etdiyi üçün bir neçə dəfə təzyiqlərə məruz qalsa da sonradan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Müsəlman Birliyi Hərəkatından bildirilib ki, Elvin Mürvətoğluna yönələn ittihamlar saxtadır və həbsi siyasi sifarişlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button