Müsahibə

Mayis Güləliyev: Vətəndaşlar səs versə, saxtalaşdırma olmaz

Azərbaycan Yaşıllar Partiyasının sədri, politoloq Mais Güləliyevin İslaminsesi.az saytına verdiyi müsahibəni oxucularımıza təqdim edirik.

 – Bu gün MSK-nın vəziyyəti bütün Azərbaycan xalqına bəllidir. Siz, MSK-nın hazırki tərkibi ilə obeyktiv seçki keçiriləcəyinə inanırsınızmı?

– Seçkini MSK təşkil etsə də, onu həyata keçirən xalqdır. Əgər cəmiyyət Azərbaycanda demokratik seçkilərin keçirilməyini istəyirsə, hər bir səsi qorumağa qadir olmalı və onun üçün cəhd etməlidir. Əgər son 20 ildə seçki demokratiyasının olmadığını deyiriksə, bunun günahının yarısı hakimiyyətin, yarısı isə seçicilərin günahıdır.

 Hər bir vətəndaş öz səsini qorumağı bacarmalıdır. Buna görə də, Azərbaycanda seçkilərin demokratikliyinin məsuliyyəti cəmiyyətin üzərinə düşür. Xalq gələcək nəsillərin xoşbəxtliyi, firavanlığı və cəmiyyətin inkişafı üçün öz gələcək taleyinə biganə qalmamalıdır. Onün üçün də xalqımızın bu gün də, gələcəkdə də öz səsini qoruması üçün imkanlarından istifadə edəcəyinə inanıram.

 – Son illər seçki komissiyalarında hansı dəyişikliyin şahidi olmusunuz? Əminsinizmi ki, bu ilki prezident seçkilərində də onlar total saxtakarlıq etməyəcəklər?

-Dairə, məntəqə və Mərkəzi Seçki Komissiyasında çalışanlar bu xalqın nümayəndələridir. Azərbaycanda 5000 seçki məntəqəsi var. Bu məntəqələrdə təqribən 40 min adam seçki prosesinə birbaşa cəlb olunub. Əgər birbaşa saxtakarlıq varsa, bunu dairə seçki məntəqəsinin saxtakarlığı kimi qiymətləndirmək lazım deyil. Bu bütünlükdə xalqa aid olan bir məsələdir. Məntəqə seçki komissiyasında çalışanların hər birinin ailəsində iki və üç nəfər səsvermə hüququnda olan şəxslər var.

Onların hamısı bir yerdə böyük bir seçici kütləsi təşkil edir. Bütün günahı yalnız MSK-da olanların üstünə yıxmaq düzgün deyil. Bu, bütövlükdə cəmiyyətin günahıdır. Nəticədə vətəndaşlar demokratik seçki imkanından məhrum olurlar.

Məntəqə seçki komissiyasında çalışanlar əsasən müəllimlər, həkimlər və siyasi partiya nümayəndələridir. Seçki komissiyasında olan siyasi partiya nümayəndələri, ziayalılar, müəllimlər və həkimlər saxtakarlığın yaranmasına imkan verməsələr, cəmiyyətin təpkisindən qorxsalarsa, onda demokratik seçkilərin keçirilməsini təmin etmək olar.

Seçki dairələrini cəmiyyətdən kənar bir qurum kimi təqdim etmək düzgün deyil. Bu, Azərbaycan cəmiyyətinin bir hissəsidir. Cəmiyyətin özünün müalicə olunmasına böyük ehtiyac var.

– Seçki komissiyalarına və onların qanunsuz hərəkətlərinə seçicilərin təsir etməsi üçün hansı tədbirlər həyata keçirilə bilər?

– Ən vacib tədbir seçki hüququndan istifadə etmək və saxtakarlığın həyata keçirilməsinə imkan yaratmamaqdır. Seçkidə vətəndaşların passiv iştirak etməsi saxtakarlığın genişlənməsinə şərait yaradır və məntəqə seçki komissiyaları seçkiyə gəlməyən seçicilərin adından saxta səs verir. Bu, ən çox işlənən variantdır. Bundan başqa «karusel» adlanan saxtakarlıq üsulundan da istifadə olunur. Bu zaman bir yerdə səs verən bir qrup insan məntəqələri gəzərək saxta səs verir.

Onlar da Azərbaycan vətəndaşlarıdır. Onlar avtobusla bir məntəqədən digərinə gedirlər. Əgər hər kəs öz yerinə səs verərsə, seçki komissiyaları saxtakarlığa yol verə bilməz. Ona görə səs vermək və seçici hüququmuzu qorumaq lazımdır. Doğru olanı da budur.

islaminsesi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button