ArxivIslamXəbər lentiXəbərlər

“Maarifçiliyə Dəvət” İB-in üzvləri İsrail səfirliyi qarşısında etiraz aksiyası keçirib – Video – Foto

bər verir ki, “Maarifçiliyə Dəvət İctimai Birliyin” 40 nəfərə yaxın üzvü İsrail səfirliyinin qarşısında “Qüdsə azadlıq” adı adlı etiraz aksiyası keçirməyə cəhd ediblər.  İştirakçılar “Məhv olsun ABŞ və İsrail!”, “Qarabağa azadlıq!”, “Qüdsə azadlıq!” şüarları səsləndiriblər.
Lakin hadisə yerinə gələn polis qüvvələri aksiyanın keçirilməsinə imkan verməyib.
İştirakçıların məlumatına görə,birliyin sədri ilahiyyatçı hacı Elçin Manafov və 7 nəfər üzvü saxlanılaraq Yasamal rayonu 27-ci polis bölməsinə aparılıb. Onlar bir neçə saat bölmədə saxlanıldıqdan sonra ifadələri alınaraq sərbəst buraxılıblar. Saxlanılanlardan bir nəfər polislərin ona qarşı kobudluq etdiyini və onun mobil telefonuna zərər vurduqlarını bildirib.
Xatırladaq ki, artıq bir neçə illdir ki, Ramazan ayının son cümə günündə dünya müsəlmanları İsrailin işğalı altında olan “Qüdsə azadlıq” tələb edərək etiraz aksiyaları təşkil edilir.
  

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button