AktualAktualArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

Məşər İman Cəmiyyəti AİP sədr əvəzinin həbsi ilə bağlı bəyanat yayıb

İranın böyük dini heyətlərini özündə birləşdirən Məşər İman Cəmiyyəti Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyevin həbs edilməsi ilə bağlı bəyanat yayıb.

Qafqaz Həqiqətlərinin “Məşər İman Cəmiyyəti” informasiya mərkəzinə istinadla verdiyi xəbərə görə, çoxlu sayda dini heyəti özündə birləşdirən Cəmiyyət AİP sədr əvəzinin həbs edilməsinə münasibət bildirərək Azərbaycan hökumətinin bu hərəkətini pisləyən bəyanat yayıb və Hacı İlham Əliyevin azad olunmasını istəyib.

Bəyanatın mətni aşağıdakı kimidir:

Azərbaycan İslam Partiyası sədr əvəzi və tanınmış ruhani Hacı İlham Əliyevin həbs edilməsinin ardınca islami qurumlar bu ölkədə müsəlmanlar üçün yaranmış vəziyyətdən bərk narahatlıq ifadə ediblər.

Hacı İlham Əliyev neçə il bundan əvvəl Azərbaycan ölkəsinin məktəblərində islami hicabın qadağan edilməsinə etiraz etdiyinə görə, iki il həbs cəzası çəkmişdir. Bu dəfə 29 fevralda Azərbycan dövlətinin təhlükəsizlik xidməti tərəfindən çağırılmış və 4 ay müddətində müvəqqəti həbsə məhkum edilmişdir.

Reallıq budur ki, şəhid general Hacı Qasim Süleymaninin şəhadətindən sonra Hacı İlham Əliyev kimi dini rəhbərlərin dəvəti ilə Azərbaycan Respublikasının müsəlman xalqı da bütün dünya azadlıqsevərləri kimi islami müqavimət cəbhəsinin böyük sərdarına öz sevgi və hörmətlərini nümayiş etdirdilər. Bu məsələ sionist rejimini və Amerikanı bərk vahiməyə saldı.

Çoxlu sayda dini heyətdən ibarət olan Məşər İman Cəmiyyəti Azərbaycan dövlətinin bu hərəkətini pisləməklə yanaşı AİP sədr əvəzi Hacı İlham Əliyevin azad olunmasını istəyir.

Habelə, Azərbaycan dövlətinə tövsiyə edirik ki, qəsbkar sionist rejim və Amerikanın təfriqəçilik hərəkətləri qarşısında öz ayıqlığını qorumaqla sionist rejim və cinayətkar Amerikanın istəkləri ilə öz vətəndaşlarını həbs etməyə son qoysun və müsəlmanlarını din azadlığını rəsmi olaraq tanısın.

Məşər İman Cəmiyyəti

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button