Islam

Mənəviyyat dünyamız: Unudulmuş Din alimləri

islamtarihi2pp3

Bizdə nədənsə islam alimlərinə qarşı müəyyən mənada neqativ münasibət formalaşıb. Bu bir tərəfdən sovet hakimiyyətinin ilk illlərindəki trotskist-bolşevik təcavüzün nəticəsi olsa da, bir tərəfdən də müasir iudey təbliğatının nəticəsidir. İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.
Onlar camaata dinin hökmlərini öyrətmək və onlara düzgün yol göstərmək üçün burdaydılar. Bu adamlar Qumda, Kərbəlada, Nəcəfdə dərs alıb, dinin ruhoxşayan göstərişlərini xalqa öyrətmək, onları düz yola çağırmaq üçün vətəninə qayıdırdılar. Onlar dinin çoxlu unudulmuş hökmlərini təbliğ edir, ona yenidən gözəllik, təravət verir, ömrlərini müxtəlif kitablardan dərs verməyə və çoxlu şagird tərbiyələndirməyə sərf edir, çoxlu dəyərli və ləyaqətli insanlar yetişdirirdilər. Ruhu, nəfsi saflaşdırmadan, pak etmədən, gözəl, bəyənilən əxlaq sahibi olmadan heç bir mənəvi məqama yetişmək olmaz. Salyanilərin, Lənkəranilərin moizələri bu gün də köhnə bakılıların yaddaşından silinməmişdir. İnqilabdan əvvəl Bakıda 500-ə yaxın məscid vardı. Hər küçənin və bazarın, habelə hər adlı-sanlı və varlı şəxsin özünə məxsus məscidi var idi. Məsələn: Dəmirçilər məscidi, Dülgərlər məscidi, Misgərlər məscidi və s. Paytaxtımızda çoxlu müctehidlər və ruhanilər, elmi və dini mədrəsələr də fəaliyyət göstərirdi.
İbtidai təhsillərini öz məntəqələrində aldıqdan sonra bizimkilər kamilləşmək üçün Şərqin din məktəblərinə yollanırdılar. Ayətullah Burucerdinin üsul və fiqh dərslərini ancaq arilər başa düşürdü. Onlar fəlsəfə və təfsiri Əllamə Ayətullah Məhəmməd Hüseyn Təbatəbai Təbrizidən, əxlaq dərslərini isə Ayətullah Mirzə Əli Ağa Şirazi kimi ustadlardan alırdılar, onlar necə zəif bilmək, kənara qoymaq olar? Bu alimlər çoxlu şagirdlər yetişdirmişdir ki, onlardan bir çoxları ictihad dərəcəsinə çatmışlar. Məsciddə mikrofon olmamasına baxmayaraq, dərslərə yeddi yüz nəfər, min nəfər tələbə yığışırdı. İndi belə müəllim tapa bilərsinizmi? İslam ölkələrinin elmiyyə hövzələrində elm ocaqlarını təşkil edənlər Lənkəranilər olub, bunlar balaca adamlar deyillər. Ərkivan mənəviyyat dünyasının pak qalası olmuş, kiçik kənd olmasına baxmayaraq, geniş imkişaf etdiyinə görə çoxlu alim və müctehidlər yetişdirib cəmiyyətə təqdim etmişdir. O günlərdə Nəcəfdə iki nəfər məhşur və adlı-sanlı müdərris vardı ki, onların dərslərində yüzlərlə tələbə iştirak edirdi. Onların hər ikisi Azərbaycandan idi. Onlardan biri Şeyx Sədra Badkubeyi, digəri isə Ayətullah Şeyx Müctəba Lənkərani Nəcəfi idi. Demək olar ki hal-hazırda Nəcəf alimlərinin əksəriyyəti bakılı Şeyx Sədranın şagirdlərindən hesab olunur. Bu bir kult idi.
Bu adamlar o adamlar idilər ki, həmişə sübh oyaq qalardılar. Müqəddəs insanlar vardı, hansı ki indi də var, sadəcə onları qorumadığımızdan başımıza gələn bəlaların kökünü araşdıra bilmirik. Şirazın hakimi Şirvanini şəhərdən qovanda, çox keçmədi Şirazda vəba xəstəliyi yayıldı, 8 min adam öldü. İkinci dəfə o hakim tərəfindən şəhərdən qovulanda isə zəlbələ baş verdi, şəhər yer üzündən silindi.
VIII əsrdə Tisa çayının (Macarıstan) sahillərində dünyaya göz açan filosof Erjebet Seçin fikrincə “Təyinolunmuşlar”ın möhürü bilavasitə Allah tərəfindən basılır. Belə şəxsləri əzmək, öldürmək, məhv etmək, sıradan çıxarmaq filosofa görə əxlaqa sığmayan hərəkət hesab olunur. Onların din xadimlərilə heç bir əlaqəsi yoxdur. Amma onlar da sadəcə adi insan kimi mənsub olduqları dinə inanır, din xadiminə, din atributlarına hörmət və ehtiram bəsləyirlər. Digər tərəfdən yaradan tərəfdən “Təyinolunmuşlar”ın nədən təyin olunmalarında məqsəd hələlik tam mənada qapalı qalır.
Müqəddəs şəhərlərimiz vardı, hansı ki indi aurası genetikası zədəli olanlar tərəfindən zay edilib. Ari torpağı olan Lənkəran alimlər şəhəri idi. İndi hakimiyyət rıçaqlarını əllərində olan iudeylər buranı narkomanlar torpağına çevirmək istəyirlər. Bizim alimlər öz çevrələrində inkişaf etmək, öz rahat mühitlərini quraraq yazıb yaratmaq üçün Ərdəbilə yığışardılar. İndi bizdə Ərdəbilin statusunu azaltmağa çalışırlar. Ərdəbilin adının mənası belə müqəddəs şəhər bildirir.
Doktor Əli Şəriəti deyirdi: “Bizim ruhanilərimiz İranın heç bir əsarətinin altından qol çəkməmişlər, o xəyanət imzalarını imzalayanlar doktorlar və ziyalılar olmuşlar”. Şeyx Hüseyn Lənkərani vardı, Antiqlobalist mübarizəmizin şanlı tarixi onunla bağlıdır. 1919-cu ildə fətva vermişdi ki, “İngilislər bəşərin düşmənləridir”. 1922-ci ildə kiçik elanlar yazmaqla, ingilislərin müqəddəs ari torpaqlarına ayaq açmasını ifşa etmişdi. Bu kiçik elanlar Tehranda əldən-ələ gəzmiş, ingilislərin İranda yeritmək istədiyi siyasətə ciddi surətdə mane olaraq onların bütün təbliğatlarının təsirdən düşməsinə gətirib çıxarmışdı.
Lənkəranlılar o dövrün ən güclü elmləri olan fiqh, üsul, hədis və kəlam elmlərində dünyada ən güclü ustalar idi. Tarixdən məlumdur ki, o zaman Nəcəfdə ali dərəcədə olan dərslər içərisində “Rəsail”, “Məkasib” və “Kifayə” kimi dərslər başqa dərsləri arxada qoymuşdu. Bu üç kitabın dərslərinin o zaman iki nəfər alim tərəfindən məharətlə tədris olunması məhşur idi. Onlardan biri Ayətullah Şeyx Sədra Badkubeyi, ikincisi Ayətullah Şeyx Müctəba Lənkərani idi. Biz fəxr etməliyik ki, həmin iki alimin ikisi də azərbaycanlı idi.
Mirzə Əbu Turab Axundzadə vardı, sözün həqiqi mənasında Abşeron torpağının “atası” idi. Özünün ruhanilik fəaliyyəti ilə dini-imanı təhqir edənlərə qarşı amansız olmuşdu. Əbu Turab Axundzadənin Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə ilə, eləcə də başqa ictimai xadimlərlə mübahisələri olmuşdur. Onun 1907-ci ildə əvvəlcə “Həyat” qəzetində, sonra isə Tiflisdə kitabça şəklində çap olunmuş “Bizə hansı elmlər lazımdır” məqaləsi həmin dövrdə müxtəlif mübahisələrə səbəb olmuşdu. Axund Əbu Turab yazırdı: “Təbiətin hikmətini bilməklə insan olmaq olmaz. İlahi hikməti ilə kamilləşmək insanı insan edər”. Axund Əbu Turab tanınmış publisist idi. Hansı mövzuda yazırsa-yazsın, insanları həmişə maarifə, biliyə və birliyə çağırırdı. Orucov qardaşlarının nəşriyyatında onun “İslam təfriqəsinin səbəbləri” adlı kitabı nəşr edilmişdir. Bu kitab ilə o İslamiyyət içərisində təfriqə salanları ifşa etmişdir. Hacı Zeynalabidin Tağıyev öz şəxsi faytonundan istifadə etməyə ancaq Axund Əbu Turaba icazə vermişdi. Dünyadan köçməzdən çox-çox əvvəl Hacı Zeynalabidin vəsiyyət etmişdi ki, öləndə onu Axund Mirzə Əbu Turabın ayağı tərəfində basdırsınlar. Bakı milyonçusu Ağa Murtəza Muxtarov hörmət əlaməti olaraq Axundun qəbri üstündə memarlıq cəhətdən insanın diqqətini cəlb edən günbəz inşa etdirmişdi.
Masallıda Axund Molla Yunis Qasımzadə vardı, deyirdi əvvəl haqqı tanı, sonra isə haqq əhlini tanıyacaqsan. Müasirləri deyirlər ki, o insanlara Allahı elə tanıtdırırdı, adam onu hər yerdə öz canında, qəlbində görür və hiss edirdi.
Tarixdə təyin olunmuşlar və yaxud seçilmişlər ifadələrinə tez-tez rast gəlirik. Araşdırma materiallarına görə hər bir ölkənin, şəhərin, rayonun (məntəqənin), kəndin və nəhayət ailənin öz təyinolunmuş, seçilmiş simaları, şəxsləri var. Yaradan tərəfindən nəzərdə tutulmuş təyinolunmuş və yaxud seçilmiş şəxsin (şəxslərin) mənəvi-əxlaqi keyfiyyətləri, gücü, bilik və dərketmə qabiliyyətləri, insani münasibət və fərqli davranışları haqqında danışmırıq. Sadəcə məxfi qovluğun materiallarına nəzər salıb, az da olsa onlar haqqında məlumatları sizin də nəzərinizə çatdırırıq.
Çoxları bilmir ki, cəlilabadlı bir kişi əvvəlcə Rusiya imperiyasının, sonra da İsrail dövlətinin yaradılmasında mühüm rol oynayıb. Araşdırmalar göstərir ki, Seçilmiş insanların ən çox cəmləşdiyi bölgə Azərbaycanın cənub-şərq ərazisidir (Bakı-Lənkəran yolu). Rusiya çarı I Pyotr da 1722-ci ildə bura məhz Seçilmişlərin ardınca gəlmişdi. O burda müqəddəs kitabdan nişan verilmiş Muğanlı Hacı Şövqizadə Mehdi oğlunu, Salyanlı Şeyx Mövsünzadəni, Lənkəranlı Hacı Qasım Ağanı, Hasıllıdan (indiki Cəlilabad) Şirinəli Mövhumatzadəni tapıb özü ilə Rusiyaya aparmışdı. Allah tərəfindən seçilmiş və təyin olunmuşları yığaraq Rusiyaya aparmağı I Pyotr özü üçün şərəf işi hesab edirdi. Fakt budur ki, I Pyotru Pyotr edən də elə bu təyinolunmuşlar, seçilmişlər idi. Az müddət ərzində onlar Rusiyanın, hakimiyyətin dayaqlarına çevrildilər. Rusiyanı imperiya edən elə həmin cənublular oldu.
Məsələ burasındadır ki, 1729-cu ildə “Dünyanın Vahid Xarici Siyasəti” haqqında İngiltərə, ABŞ, Rusiya, Fransa və Almaniya kimi söz sahibi olan dövlətləri arasında “Memorandum” imzalandı. Amma bu memorandum cəmi üç gün qüvvədə qaldı. Üç gündən sonra hər bir ölkə qərara aldı ki, özünün müstəqil Xarici Siyasətini ifadə edən memorandum hazırlasın. Çünki hər bir dövlət özünü mövcud dünyanın hərəkətverici qüvvələrindən biri kimi görürdü.
Birinci Pyotrun imzaladığı Memorandumun ikinci bəndində qeyd edilirdi: “Böyük və nəhəng Rusiya dayanmadan özünün bir nömrəli strategiyası olan “Təyinedilmişlər və seçilmişlər” strategiyasını (daha dəqiq: “Rusiya üçün təyinedilmişlər və seçilmişlər strategiyası”nı) hazırlamalıdır…” Amma Rusiya üçün minlərlə insanın içindən seçmək, müəyyən etmək, bütün bunları yoluna qoymaq çətin məsələ idi. Birinci Pyotr üçün Böyük Rusiyanı idarə etmək, onun daxili və xarici siyasətini tənzimləmək üçün Böyük Yaradanın – Allahın təyin etdiyi, seçdiyi adamlar lazım idi. Çünki məhz belə seçilmiş və təyinolunmuş adamlar Yer kürəsini, Bəşəriyyəti, Göy cisimlərini, nəhayət Təbiəti tənzimləyir. Onlar bu qüdrətə sahibdirlər. Onlar sadə olduqları qədər də möhtəşəmdirlər.
Məlumata görə 1722-ci ilin yanvarın 19-da keşiş Tiqran Birinci Pyotra bir məktub verir. Çar məktubda yazılanları diqqətlə və təkrar-təkrar oxuduqdan sonra, xəritənin önünə gəlir. Keşiş Tiqran Birinci Pyotra üstündə 1001-ci ilin möhürü olan və Vatikandan oğurlanmış məktubu vermişdi. Tarixi mənbələrə görə Birinci Pyotr məktubu oğurladığı üçün keşiş Tiqranı məzəmmət edir. Keşiş Tiqrana gəlincə o, bütün bunları ancaq Böyük Rusiyanın və Böyük Pyotrun gələcəyi naminə etdiyini etiraf edir. Araşdırma materiallarına görə məktubda 39-cu islam peyğəmbəri Mərmərənin adı çəkilir və ona istinadən xəbər verilir ki, Böyük Rusiyanı bütün bəlalardan Xəzər sahillərində məskən salan köç və qəbilələrin arasında yaşayan Allahın təyinedilmiş və seçilmiş bəndələri xilas edə bilər. Məktubda hətta onların adları da çəkilirdi. Keşiş Tiqran məsləhət bildi ki, çar Xəzəri, onun sahillərini səyahətə çıxsın.
I Pyotr oğurlanmış məktubda adları çəkilən bu adamları axtarıb tapır və özüylə paytaxta aparır. Məlumata görə I Pyotr tərəfindən Muğanlı Hacı Şövqizadə Mehdi oğlunun kiçik bir heykəli qədim Moskvanın tən ortasında qoyulur. Dövrün təzkirçisi Afanasii Krumin bunu da yazır ki, Moskva çayının sahillərinə yaxın qoyulmuş bu heykəl gecələr alov kimi yanardı (?). Bu heykəl 1940-cı ilin sentyabrınadək qoyulduğu yerdə qorunurdu. 1940-cı ilin sentyabrın 22-də heykəl götürülür və yoxa çıxır.
Araşdırma materiallarına görə heykəl İ.Stalinin otağına gətirilir. Artıq İ.Stalin də heykəlin kimə mənsub olduğunu bilirdi. Çünki I Pyotrun arxivindən (xüsusən kilsənin qoruduğu arxiv) keşiş Tiqranın oğurladığı məktub artıq İ.Stalində idi. O bilirdi ki, bu kiçik heykəl əslində Moskva üçün ən böyük mesaj idi, xüsusi işarə idi. Heykəl- xüsusi işarə beş il Moskvanı epidemiyadan, bəla və xəstəliklərdən qorudu. Məsələn, Bonapart Napoleon iddia edirdi ki, o artıq beş dəfə heykəli yuxusunda görüb. Heykəl demək olar ki, Moskva çayının sahillərində, şəhərin ətraf yaşayış məntəqələrində və nəhayət Kremldə xəstəliklərin, ağır durumların qabağına sədd çəkirdi.
Məlumata görə artıq Təyinolunmuşlar və Seçilmişlərlə bağlı xüsusi qərar verən İ.Stalin belə şəxsləri ətrafında saxlamağı xoşlayır, onlardan tez-tez məsləhətlər alırdı. O vaxt heykəlin yoxa çıxması ilə bağlı onlarla müxtəlif rəvayətlər yayılır. Sonuncu rəvayətə görə heykəl-xüsusi işarə Ben-Quriona (İsrailə) aparılır, 1948-ci ildə İsrail dövlətinin qurulmasında “iştirak edir”. Bütün bu hadisələrdən sonra, işə Azərbaycan tərəfi qoşulur, 1961-ci ilin aprel ayında Tel-Əvivə üç nəfərdən ibarət Azərbaycan alimi (professor O.S.Mahmudbəyov, E.D.Naxçıvanski, professor A.A.Abdullayev) göndərilir. Heykəl isə qaytarılmır… Araşdırma materiallarına görə bu gün İsrail dövlətini on üç müxtəlif heykəllər-xüsusi işarələr qoruyur. Muğanlı Hacı Şövqinin heykəli də həmin heykəllərin sırasında və yaxud cərgəsindədir.
Məlumata görə, 1962-ci il iyulun 19-da Moskvadan Şirvan ərazisində, xüsusən Şamaxı yaşayış məntəqəsində “Təyinolunmuşlar”ı axtarıb tapmaq, onların siyahısını tərtib etmək, onların yaşayış məntəqələrini ayırd edib müəyyənləşdirmək üçün tarixçi, Moskva Dövlət Universitetinin professoru Dmitri Bulanoviç Urbanın başçılıq etdiyi kiçik bir qrup Azərbaycana gəlir. Sənədlərdə qeyd olunur ki, professorun Şamaxıya gəlişi heç də təsadüfi deyildi. Digər tərəfdən professor D.Urban iyirmi ildən artıq idi ki, meteorit parçaları və daş lövhələri üstündə göydən yerə göndərilən xüsusi işarələrin içində ad və familiyaları oxumaqla məşğul idi.
Araşdırma materiallarına görə professor D.Urban A.Hitler-İ.Stalin münasibətlərini araşdıran, tədqiq edən ilk alimlərdən biri olub. Məsələn, professor “Tədqiqatlarım” adlı əsərində (əsərin çap olunması qadağan edilib) yazır ki, 1944-cü il dekabrın 26-da A.Hitler İ.Stalinə tarixi bir məktub ünvanlayır. Məktubda A.Hitler İ.Stalinə anlatmağa çalışırdı ki, o və onun ətrafı Sovet İttifaqı ərazisində xüsusi işarələr altında gəzən “Təyin olunmuş”ları qorusun, onları öldürməsin, qorusun. Müharibənin şıdırğı yerində Kremlə, İ.Stalinə ünvanlanmış məktubda A.Hitler yazır: “Bu məktubu etiraf məktubu kimi qəbul etmə. Mən müharibəni uduzuram. Geriyə dönüş yoxdur. Amma bir xahişim var. Mənim öz xahişim güman ki tarixdə qalacaq… Mən nə üçün uduzdum?.. Müharibə məğlubiyyətimə səbəblərdən biri zəbt etdiyim ərazilərdə Yaradanın, yəni Tanrının yer üzü üçün “təyin etdiyi” insanlara qarşı, yəni “Təyinolunmuşlara” qarşı amansız oldum, onlara rəhm etmədim, onların bir qismini diri-dirin yandırdım. Gərək belə etməyəydim. Onları tanımaq o qədər də çətin deyil. Bizim kimi adamlar, dövlət başçıları və yaxud fatehlər, sərkərdələr “Təyinolunmuşlar”ı asanlıqla tanıyır, asanlıqla onları görür. Mən Allahın qəzəbinə gəldim… Sən onları axtar, tap və onlara yardım et. Çünki onlar yaşadıqları ərazilərdə həm quraqlıq, həm bərəkət, həm bilik və savad, həm mərdlik və dözümlülük, sabitlik simvoludur. Onların heç biri hakimiyyət və yaxud var-dövlət hərisi olmur… Tale səni və sənin dövlətini çaşdırmasın…”
Professor D.Urban Şamaxıda gözlənilmədən tədqiqatını saxlayıb geri, Moskvaya qayıdır. “Tam məxfi -1” qovluğu üçün yazdığı arayışda professor qeyd edir: “Fikrimdə var ki, gəldiyim Şamaxıda ən azı bir ay qalım. Mən Azərbaycanın yaşayış məntəqələrini çox yaxşı tanıyıram. O yerlərdə xeyli tədqiqat işlərim olub. Şamaxıdan tez qayıtdım. Çünki bu ərazidə “Təyinolunmuşların” taleyi qaranlıq idi. Onlardan bir qismi məhv edilmişdi…”
Məlumata görə Şamaxı ərazisində “Təyinolunmuş”ların sayı ötən əsrin sonları və yeni yüzilin birinci on ilində on bir nəfər olub. Onların taleyi haqqında məlumatlar hələ ki dumanlıdır… Professorun açıqlamasına görə: “İstərdim Şamaxıda yaşayan insanlar sadə bir həqiqəti dərk etsinlər. Ərazidə yaşayan və dünyaya ana bətnində göndərilən “Təyinolunmuşlar” Şamaxının gücü və qüdrəti olaraq qalır…”
Araşdırma materiallarına görə dünyada ayrı-ayrı dövlətlər aparılan idarəçilik prinsiplərinin həyata keçirilməsində “Təyinolunmuş”ların taktikasından və strategiyasından geniş istifadə edirlər. Xüsusən Çin Xalq Respublikasının bu apardığı siyasət və qurduğu model diqqəti cəlb edib.

******************************

Mənəviyyat adamının, ruhaninin keçirdiyi həyat tərzini diqqətlə nəzərdən keçirən hər bir təhqiqatçı aydın görə bilər ki, bu böyük insanlar bəşərin etiqadları haqqında fikirləşərək, xalqı doğru yola yönəltməyə çalışmışdır. Onlar həyatın qanunauyğunluğu, bütün varlıqlarda nizam-intizamın mövcud olması, insanın zahiri və daxili aləminin paklığı barədə söhbətləri xalqa yadigar qoyub getmiş, dəyərli sözləri insanların qəlbinə yol tapmış və onların hərtərəfli inkişafına kömək etmişdir. Yaşadıqları dövrdə insanları düzgün yola yönəltmiş, onlara imanlı, qeyrətli olmağı, ətrafdakılarla əxlaqlı olmağa və yaxşı davranmağı tövsiyə etmişdir. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm və nişan xalqındır./avrasiya.info/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button