ArxivIslamXəbər lentiXəbərlər

Məmurlara qarşı çıxışlarıyla tanınan azərbaycanlı Rusiya vətəndaşlığından çıxarıldı

YouTube”da Milli Məclis deputatlarının və dövlət xadimlərinin ünvanına xoş olmayan və hörmətsiz ifadələr işlətməklə məşhurlaşan videobloqer Elvin İsayev Sankt-Peterburqda saxlanılıb.

Onun sözlərinə görə, avqustun 25-də E.İsayevə qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi (əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasına giriş qaydasını, yaxud ölkədə qalma rejimini pozması) üzrə ittiham irəli sürülüb.

Məhkəmə avqustun 26-da bu işə baxmalıdır. Müvafiq qurumlar avqustun 25-də bloqeri Rusiya vətəndaşlığından məhrum edib. O, son 20 ildə Rusiya vətəndaşı olub.

Vəkil qeyd edib ki, E.İsayevin ailəsi onunla birlikdə Rusiyadadır. Məhkəmənin E.İsayevin Azərbaycana ekstradisiya olunması barədə qərar çıxaracağı gözlənilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button