Şeir

Məhərrəmdə adın gəzir dillərdə

Məhərrəmdə adın gəzir dillərdə,
Günlərimiz keçir qəmlə kədərlə,
Gözəl siman, nurlu üzün qəlblərdə,
Sənsən bizim ümidimiz ya Huseyn!

***

Huseyn deyib düşdük cəmi yollara,
Lənət olsun sənə yonələn pis gözlərə,qollara,
Sənə aşiq, sənə möhtac qullara,
Dərdimizə loğman tək dəva sənsən ya Huseyn!

***

Kərbəlada axdı qanın ya Huseyn,
Heyif oldu gözel canın ya Huseyn
Əhli-Beytdir iftixarın ya Huseyn
Ağlar qaldı möminlərin can huseyn!

***

Əhli-beytdir uca Allahin hidayəti
Əhli-beytdir peyğəmbər əmanəti,
Əhli-beytdir peyğəmbər itrəti,
Əhli-beytdir dünyanın haqq-edaleti!

***

Varmı səndən əzəmətli bu dünyada bir insan,
Varmı səndən fəzilətli bu dünyada bir insan
Varmı səndən nure əxlaq bu dünyada bir insan,
Budur cavab: şəxsiyyətsən, sən böyüksən ya Huseyn!

 

 

Get Əbülfəz bu Hüseynə səni qurban
elədim,
Bəslədim sərvi qəddün azimi meydan
elədim!
* * * * * * * * * *
BuHüseyn sifdi Nəbidir sən ona rəsmi
qulam
Sənə rayət budu şahən şahi dövranı
imam
Budur aləmlər içində səbəbi nəzmi-nizam
Bu Hüseynə səni mən xadimi dövran
elədim.
* * * * * * * * *
Mümkün olduqca gətir abi sərin
xeymələrə
Ta ola bəlkə təsəlli hərəmi teşnələrə
Xidmət eylə nə qədər vardı canun
nəcmlərə
Səni səqqayi Hüseyn höccəti Sübhan
elədin.
* * * * * * * * * * * *
Əkbər üstə qənədün sərginən ey sərvi
rəvan
Cəddünə oxşari var Hüsnüdə çox vardı
nişan
Cən sənin can bu dilarami Hüsen teşnə
ləban
Səni bu nəsli Əbul-Qasimə qurban elədim.
* * * * * * * * * * * *
Nadima eylə təvəccöh zübdeyi nasə
müdam
Yazginən qisseyi dil sözünü qıl tasə
müdam
Müşkül əmründə yapış daməni Əbbasə
müdam
Ta şikayət eləmə ömrümü viran elədim.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button