ArxivXəbər lentiXəbərlər

İrandan Türkiyə və Rusiya ilə razılığa reaksiya: “Çıxmayacaq”

Türkiyə və Rusiya ilə əldə edilən atəşkəs sazişinə baxmayaraq, Hizbullah Suriyadan çıxmayacaq.

Bunu Ali Dini Lider Ayətullah Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti bildirib.

Vilayəti Rusiyanın Suriyada İranın maraqlarını görməzdən gəlməsi ilə bağlı iddialara da münasibət bildirib: “Tehran və Moskva Suriya məsələsində koordinasiyanı hələ də davam etdirir. Suriyanın gələcəyi və sülh danışıqları Dəməşq hökuməti və dostları fonunda keçiriləcək. Bu ölkənin hökuməti və xalqının iradəsi xaricində sülh danışıqları aparmaq təşəbbüsündə olanlar qətiyyən bu işin içində yer almayacaq. Hizbullahın atəşkəs müqaviləsindən sonra Suriyadan çıxacağı barədə iddialar düşmənlərin təbliğatıdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button