AktualAktualArxivQarabağXəbər lentiXəbərlər

Məhərrəm Əliyev: İranın Azərbaycanın haqlı mövqeyinə dəstək göstərməsini yüksək qiymətləndiririk

general-polkovnik Məhərrəm Əliyev: biz İranın ali siyasi dairələrinin Azərbaycanın haqlı mövqeyinə dəstək göstərməsini yüksək qiymətləndiririk.

qafqaz.ir- Trend-in məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev deyib:- İran İslam Respublikası bizim yaxın qonşumuz olmaqla yanaşı, həm də müsəlman ölkəsidir. Biz unutmamalıyıq ki, hələ birinci Qarabağ müharibəsində Naxçıvan Ermənistan tərəfindən blokadada saxlanılanda, Türkiyə ilə yanaşı, İran tərəfi də xilas körpüsü açdı, xalqın çətin, ağır vəziyyətdən çıxması üçün həyati vacibliyi olan addımlarını atdı. Biz bunu unutmamışıq.

Lakin bu gün İranın ali siyasi dairələrinin Azərbaycanın haqlı mövqeyinə dəstək göstərməsini də yüksək qiymətləndiririk. Hətta düşünürəm ki, İran dövləti və xalqı Azərbaycanın onunla həmsərhəd olan işğal altındakı ərazilərimizin düşmən tapdağından azad olunmasına sevinir, qələbəmizi alqışlayır.

Müsəlman dünyası bu cür əməllərə susqun qala bilməzdi. O cümlədən, İslam Respublikası olan İran da əlbəttə ki, bu çağırışa öz səsini verdi .

Eyni zamanda, İran dövlət başçısının Prezident İlham Əliyev cənablarına etdiyi telefon zənginə də münasibət bildirərək qeyd etmək istərdim ki, dövlətimizin başçısı cənab İlham Əliyev ölkələrimiz arasında bir sıra əməkdaşlıq məqamlarına toxunaraq, işğaldan azad olunmuş ərazilərdə tezliklə Azərbaycan sərhəd qoşunlarının və sərhəd infrastrukturunun yerləşdirilməsinin nəzərdə tutulduğunu bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button