ArxivmədəniyyatXəbər lentiXəbərlər

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimini qəbul etdi

Dekabrın 4-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Qonağı salamlayan Əbülfəs Qarayev Azərbaycanın qonşu və dost İranla əlaqələrinin tarixindən danışdı, bu əlaqələrin davamlı inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Qeyd olundu ki, dini, mədəni bağlılığımız digər istiqamətlərdə də əlaqələrin əsasını təşkil edir.
Azərbaycan və İran arasında əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdıran Əbülfəs Qarayev son iki ayda dost ölkənin nümayəndə heyətləri ilə mütəmadi görüşlərin keçirildiyini vurğuladı. Bu görüşlər nəticəsində səmərəli işbirliyi, tariximizi, mədəniyyətimizi birləşdirən amillərin geniş şəkildə təqdim edilməsi arzusunu dilə gətirdi. Nazir qeyd etdi ki, Azərbaycan və İran prezidentləri arasında səmimi münasibətlərin olması dövlətlərarası əlaqələrin daha da inkişaf etdirilməsini və qəti addımların atılmasını zəruri edir.
Səmimi qəbula görə minnətdarlığını bildirən iranlı qonaq Azərbaycanla mədəni sahədə dostluq əlaqələri qurulduğunu dedi. O, Azərbaycan dövlətinin qədim tarixə malik olduğunu, eyni zamanda mədəni müxtəlifliyi ilə tanındığını qeyd etdi. Ulu babalardan hər iki xalqa miras qalan mədəniyyətin gələcək nəsillərə ötürülməsinin vacib olduğunu bildirən nazir Əbuzər İbrahimi qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətini vurğuladı, xalqlarımızın bir-birini daha yaxından tanımasında mədəniyyətin önəmli rol oynadığını xatırlatdı.
Görüşdə qarşılıqlı mədəni layihələr, kino həftələrinin təşkili məsələsinə də toxunuldu. Həmçinin qeyd olundu ki, Azərbaycan və İran beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir, bir çox layihələrdə bir-birini dəstəkləyir.
Vurğulandı ki, iki ölkə arasındakı əlaqələr bundan sonra da inkişaf etdirilməli, yeni layihələrə imza atılmalıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button