ArxivXəbər lentiXəbərlər

PKK terrorçularının tərəfdarı özünü Bakıda partlatmaq istədi

İstanbulun mərkəzi meydanı olan Taksimdə bu gün həyata keçirilən terror aktından sonra tvitter sosial şəbəkəsində bir kürd tərəfdarının bu şəbəkədə paylaşdıqları insanları qorxuya salıb. Özünü Ərbil kökənli kürd kimi təqdim edən PKK tərəfdarı qız, İstanbulda bu gün törədilən terakta haqq qazandırıb.

Lakin diqqəti çəkən ən maraqlı paylaşım isə, onun “Bende kendimi Baküde partlatmak istiyorum” yazması olub. Musavat.com yazır ki, bundan əlavə, PKK tərəfdarı 16 martda Bakıda olduğu ilə bağlı tvitlər də paylaşıb.

Aşağıdakı linkdə həmin profilə daxil olub, baxa bilərsiniz.

https://twitter.com/rojin_evin

***

PKK tərəfdarlı qız daha sonra «Twitter» səhifəsində “Mən nə PKK-çıyam, nə terrorçu. Sadəcə öz düşüncələrimi paylaşdım”, “Bakıdan çıxdım, Ərbilə gəlirəm”, “Bütün Türk, Kürd, Azərbaycan xalqından üzr istəyirəm”, ”Dediklərimə görə utanıram. Məni bağışlayın, böyüklük sizdə qalsın” tipli tvitlər atıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button