AktualAktualArxivXəbər lentiXəbərlər

Lürən icra nümayəndəliyi meşədəki ailə ilə bağlı açıqlama verdi

Masallıda çarəsiz ailənin meşədə məskunlaşması barədə xəbər dərc etmişdik

Məsələ ilə bağlı Cenubnews.com İnternet Qəzetinə, müraciət edən Masallı RİHB-nin Lürən kənd inzibati ərazi üzrə nümayəndəsi Zakir Əbilov deyilənləri təkzib edib.

Masallı RİHB-nin Lürən kənd inzibati ərazi üzrə nümayəndəsi Zakir Əbilovun təkzib məktubunu olduğu kimi sizlərə təqdim edirik:

“Masallı rayon Lürən kənd inzibati ərazi dairəsi uzrə nümayəndəliyi məlumat üçün bildirir ki, Masallı rayon Lürən kəndində qeydiyyatda olan 1979-cü ildə anadan olmuş, hal-hazırda Masallı şəhərində yaşayan Şükürov Abdulla Rahid oğlu, Hərbi xidmətdən yayınmış, 1999-ci ildə fərari kimi həbs olunmuşdur.A.Şükürov Masallı rayon vərəm dispanserində qeydiyyatdadır. 2011-ci il aprel ayında qəza törətmiş və yenidən həbs olunmuş, 2012-ci ilin aprel ayında məhkumluğu bitmişdir. 

Şükürov Abdullanın atası mərhum Şükürov Rahid Əbülfəz oğlu 06 noyabr 2010-cu ildə evində tək yaşamış vərəm xəstəliyindən vəfat etmişdir. Ölum haqqında Şəhadətnamə oğlu Şükürov Abdullaya təqdim olunduqda şəhadətnaməni almaqdan belə imtina etmişdir.

Onun qardaşı mərhum Şükürov Samit Rahid oğlu da vərəm xəstəliyindən 2009-cu ildə vəfat etmişdir. Bibisi mərhum Şükürova Ağanisə Əbulfəz qızı vərəm xəstəliyindən həmin evdə vəfat etmişdir. Şükürov Abdullanın atasının evi 3 otaqdan ibarət olmaqla 0,22 ha həyətyanı torpaq sahəsi vardır. Həmin evdə mərhum Şükürov Rahid Əbulfəz oğlu vəfat etdikdən sonra evdə yaşayış olmamışdır. Ona dəfələrlə atasına məxsus evdə yaşaması təklif olunsa da o hər dəfə bundan imtina etmişdir. Şükürov Abdulla Masallı rayon İcra hakimiyyəti tərəfindən evinin təmir olunmasından ötrü yardım verilməsi təklif olunsa da o, israrla bunu qəbul etməmişdir. Sonra o, Milli Məclisin deputatı Elmira Axundovaya müraciət etmişdir. Elmira Axundova da yerində yəni həyətində Şükürov Abdullanın atasına məxsus olan evində evin təmirindən ötəri 1500 (bir min beşyüz) manat pul təklif etmişdir. Lakin Şükürov Abdulla Rahid oğlu bundan imtina etmişdir. O, israrla dövlət tərəfindən yeni ev tikilməsini istəmişdir. Ona dövlət tərəfindən fərdi yaşayış evinin tikilməsi qanuna uyğun olmaması və mənzil məcəlləsinin müvafiq maddələri izah edilmişdir.

Şükürov Abdullanın dediyi kimi bibisi qızı Miriyeva Gülnarə Abasət qızı 10 ildən yuxarıdı ki, ailə həyatı qurmuş Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır. Şükürov Abdulla Rahid oğlunun hec bir torpağa aid olan hüqüqi sənədi yoxdur. Onun 2002-ci ildə JN-043 A torpağın mülkiyyətə verilməsinə dair olan şəhadətnaməsində 0,22 ha torpaq sahəsi vardır. Şəhadətnamədə olan beş adamdan üç nəfəri dunyasını dəyişmiş hal-hazırda həmin sənəddə iki nəfər Şükürov Abdulla Rahid oğlu və Bakı şəhərində yaşayan bibisi qızı Miriyeva Gülnarə Abasət qızıdır.

Şükürov Abdulla Rahid oğlu dövlətdən ünvanlı sosial yardım alır, ikinçi qrup əlildir (vərəm xəstəsidir) təqaüd alır, Masallı RİHB-nin tərəfindən verilən bütün yardımlar ona verilir. Şükürov Abdulla Rahid oğlu bildirir ki, iki dəfə ailə həyatı qurmuşam. Əslində o, hal–hazırda birgə yaşadığı naməlum səbəblərdən 22 İyul 2013-ci ildə Masallı rayon Məhkəməsi tərəfindən nikahları pozulmuş Şükürova İfadə Surxay qızı ilə birgə yaşayır. Qanuni nikahdan ayrılmış həyat yoldaşı İ. Şükürova Masallı rayon MKTÇ-istehsalat müəssisəsində işləyir. Şükürov Abdulla Rahid oğlunun dediklərinin hamısı əsassızdır, hec bir hüquqi əsası yoxdur”.

Lürən icra nümayəndəliyi meşədəki ailə ilə bağlı açıqlama verdi
Lürən icra nümayəndəliyi meşədəki ailə ilə bağlı açıqlama verdi
Lürən icra nümayəndəliyi meşədəki ailə ilə bağlı açıqlama verdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button