ArxivQarabağSosialXəbər lentiXəbərlər

Livan ermənilərinin Qarabağa köçü BAŞLADI

Ermənistan Beyrutdakı partlayışı fürsət bilərək Livan ermənilərinin kütləvi köçünü təşkil edib.

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Livana humanitar yardım daşıyan təyyarələr Yerevana geri qaydarkən köçməyə razılıq verən erməniləri də göyərtəsinə götürür.

Ermənistan baş nazirinin müavini Tiqran Avinyan ilk 2 reysdə 56 nəfərin, sonuncu reys zamanı isə daha 45 Livan ermənisinin Yerevana gətirildiyini bildirib.

O köç prosesinin davam edəcəyini və Livan ermənilərinin Ermənistan pasportu alması üçün prosedurun maksimum sadələşdirildiyini də əlavə edib.

 

Xatırladaq ki, köçürülən ermənilərin bir hissəsinin Azərbaycanın işğal altındakı Qarabağda yerləşdirilməsi planlaşdırılır.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button