ArxivŞəxsiyyətlərXəbər lentiXəbərlər

Lənkəranlı müctəhid Əli Mühacir

Həzrət Ayətullah Hacı Şeyx Əli Lənkərani Mühacir, müasir əsrdəki böyük alimlərdən, əzəmətli fəqihlərdən biridir. O, Ayətullah Şeyx Hüseyn Lənkəraninin oğlu və Ayətullah Mücahid Hacı Mirzə Əhməd Şirvani Lənkəraninin nəvəsidir. Onun babası Ayətullah Mücahid Hacı Mirzə Əhməd Şirvani Lənkərani, on doqquzuncu əsrin əzəmətli və mücahid alimlərindəndir. Atası Tehrana mühacirət etdikdən sonra, bu şəhərdə 1856-cı ildə dünyaya gəlmişdir. 1856-cı ildə mədrəsə dərslərini, dini hövzənin bəzi müqəddimə dərslərini və bir sıra ali səthli dərsləri atasının və Tehran məntəqəsinin başqa əzəmətli alimlərinin hüzurunda öyrəndi. Sonra müqəddəs Nəcəfi-əşrəf dini hövzəsinə səfər edərək, orada bu nurlu diyarın böyük alimlərindən, xüsusilə də, Ayətullahül-üzma Mirzə Habibullah Rəştinin elmindən bəhrələndi. Bununla da, ali müctəhidlik məqamına sahib oldu. O, ali elmi-mənəvi məqamlara malik olduqdan sonra, Tehran şəhərinə qayıtdı. Orada paytaxtın nüfuzlu və məşhur alimlərindən biri olaraq, xalqın müraciət yerinə çevrilməklə birlikdə, rəsmi şəri qəbul idarəsinə sahib oldu.

Şeyxin əsil-nəsəbinin parlaq keçmişi və özünün pak mənəviyyatı, ağıllı davranışları və şücaəti tezliklə onu müsəlman xalqın sevimlisinə çevirdi. Onun Tehranın <Səngələc> məhəlləsindəki yaşayış yeri, həm xalqın və həm də dövlətin diqqətini özünə cəlb etmişdi. Onun camaat namazı və Fitr bayramında qıldığı bayram namazı xüsusi ehtişam daşıyırdı. O, Ayətullah Şəhid Şeyx Fəzlullah Nurinin xas dostlarından, yaxınlarından biri sayılırdı. Şəri məhkəmədə onun qiymətli nəzər və təcrübələrindən faydalanırdı. Bu əlaqə və rabitənin nəticəsində də, Məşrutə inqilabında şəhid Şeyx Fəzlullahın kənarında oldu. Bu məzlum qəribin haqlı mübarizəsində onun az saylı tərəfdarlarından biri idi.

Bu ilahi alim və əzəmətli fəqih 1929-cı ildə vəfat edək, Tanrı dərgahına doğru ucaldı. Pak cənazəsi ehtişamlı mərasimlə Həzrət Əbdüləzim Həsəninin (ə) müqəddəs hərəminin yaxınlığında torpağa tapşırıldı. Qiymət günü müqəddəslərlə məşhur olsun!

Hazırladı: Hədəf14.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button