ArxivXəbər lentiXəbərlər

İnanclıların Hüquqları necə qorunur?-HESABAT

2019-cu ildə inanclıların hüququaları hansı şəkildə qorunub? Bu barədə İnanaclıların Hüquqlarının Müdafiə Komitəsi illik hesabatını təqdim edib.
Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Komitə Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının (QAUİMH) ofisində baş tutan tədbirində inanclıları, həbs edilmiş inanclıların və siyasi məhbusların yaxınlarını, media nümayənədlərini, hüquq müdafiəçilərini və ölkənin ictimai-siyasi fəallarını bir araya yığıb.
QAUİMH sədri, Qarabağ qazisi Rövşən Əhmədli tədbiri açaraq 2019-cu ildə həm inanclıların, həm də digər siyasi məhbusların pozulmuş hüquqlarının müdafiəsinə təkcə ölkə ərazisində deyil, eyni zamanda beynəlxalq insan haqları təşkilatlarında da müdafiə edildiyini bildirdi. O, bu işdə zəhməti olan hər kəsə məhbus ailələri və hüquq müdafiəçiləri adından təşəkkür etdi: “Əslində bu tədbir inanclıların hüquqlarının müdafiəsinə həsr edilsə də, biz ümumilikdə, peşə fəaliyyətinə, siyasi və ictimai fəaliyyətinə görə həbsdə olan şəxslərin müdafiəsinin təşkilindən danışmaq istəyirəm. İnanclıların Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri, kinorejissor, Azərbaycan Ziyalıları Birliyinin sədri Eldəniz Quliyevə də bu sahədə göstərdiyi fəaliyyətə görə təşəkkür edirik.
2019-cu il Azərbaycanda cəzaçəkmə müəssisələrində və istintaq altında olan insanlara verilən işgəncələr dünyanın insan haqlarının müdafiəsi ilə məşğul olan təşkilatları da narahat etdi. İşgəncə altında öldürülənlərin sayı bu il də digər illərlə müqayisədə daha çox oldu”.
Hüquq müdafiəçisi R.Əhmədli daha sonra Nardaran, Tərtər və Gəncə olaylarına toxundu: “Gəncədə baş verən olaylarla bağlı həbs edilənlərin məhkəmə prosesi Sabunçu Rayon Məhkəməsində baş tutdu və ədalətsiz məhkəmə qərarlarının şahidi olduq.
Eyni zamanda Tərtər hadisələrinin istintaq materialları ilə tanış olanda dəhşətə gəldim. Bəlkə də bəşər tarixində müdafiəsiz bir insana qarşı bu şəkildə dəhşətli işgəncə faktları idi Tərtər məhbuslarının başına gətirilənlər”.
Daha sonra R.Əhmədli ölkədə insan haqlarının müdafiəsinin təşkilində Repressiya və İşgəncələr Əelyhinə Komitəyə və Komitə üzvlərinə göstərdikləri fəaliyyətə görə təşəkkür etdi.
O, 2019-cu ildə cəzaçəkmə müəssisələrindəki məhbuslarla hüquq müdafiəçilərinin görüşündən də danışdı: “İl ərzində hüquq müdafiəçisi Eldəniz Quliyevlə Qobustanda, 2, 6, 15 və 17 saylı Cəzaçəkmə Müəssisəində olduq. Məhbusların saxlanma şəraiti ilə tanış olduq və onların problemlərinin həllinə nail olmağa çalışdıq. Onu da qeyd edim ki, bu gün siyasi məhbusların 60 faizini inanclılar təşkil edir”.
Hollandiyada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Leyla Yunusun siyasi məhbusların, eyni zamanda inanclı məhbusların hüquqlarının müdafiəsinin təşkilində göstərdiyi nümunəvi fəaliyyətini alqışlayan hüquq müdafiəçisi R.Əhmədli onun bu sahədə çəkdiyi zəhmətin gözəl bəhrə verdiyini qeyd etdi: “Bu məsələlərlə bağlı ciddi beynəlxalq təzyiqlər var. Hazırda Hollandiyada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Leyla xanım Yunus 135 nəfərdən ibarət siyasi məhbus siyahısını Avropa Şurası Parlament Assambleyasının Hüquqi İşlər və İnsan Hüquqları Komitəsinə təqdim edib. Bu 135 nəfər bu günləri həmin qurum tərəfindən qəbul edilib. Hələ bundan əlavə 30-40 nəfər monitorinq altındadır.
Eyni zamanda Gəncə işi üzrə həbs edilənlərin məhkəməsi başa çatmayıb. Yanvar ayında bu iş üzrə həbs edilən daha bir qrupun məhkəmə prosesi başlayacaq. Yəqin ki bu insanların və Tərtər məhbuslarının bu siyahıya əlavə edilməsi gözlənilir.
Onu da qeyd edək ki, Tərtər işi zamanı 9 nəfər işgəncə altında öldürülüb”.
Daha sonra İnanclıların Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Eldəniz Quliyev çıxış etdi. O, 2019-cu ildə cəzaçəkmə müəssisələrində siyasi məhbuslarla görüşündən və Avropada insan haqları ilə bağlı keçirdiyi görüşlərdən danışdı: “Mitinqlərdə bizim Komitə də Milli Şura ilə bir yerdə iştirak etdi”.
Hüquq Müdafiəçisi, siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədov, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə xanım Cəfərova, Gəncə olayları zamanı istintaqsız, məhkəməsiz qətlə yetirilən Muraz Rəhimovun anası Şəhla Rəhimova, Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri, Əsgər Analarına Dəstək İB-nın rəhbəri, ilahiyyatçı Növrəstə İbrahimova, Müsəlman Birliyi Hərəkatının faəllarından olan Əbdülxaliq Cəfəri, İslam Partiyasının funksioneri, keçmiş siyasi məhbus Elmar Səmədov, Tərtər məhbusu Emin Əliyevin atası Nasir Əliyev, Nardaran məhbusu Ağaəli Yəhyayevin bacısı Elnara Eldar çıxış edərək ölkədəki siyasi-sosial durumu və siyasi məhbus ailələrinə, məhbuslara qarşı olan xoşagəlməz münasibətləri müzakirə etdilər. Eyni zamanda çıxışçılar siyasi məhbusların hüquqlarının müdafiəsinin təşkilindən danışdılar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button