ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qarabağda hərbi toqquşmalar barədə məlumatlar təkzib edilib

hərbi idarədə guya Qarabağda pilotsuz uçan aparatların tətbiqilə hərbi toqquşmaların baş verməsi və nəticədə Azərbaycan hərbçilərinin həlak olması barədə məlumatları erməni tərəfinin təxribat xarakterli və yalan məlumatları adlandırıblar.

Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, əslində Azərbaycan ordusunun bölmələri qüvvə tətbiq etmədən öz mövqelərinin və dislokasiya məntəqələrinin dəqiqləşdirilməsi prosesini davam etdirirlər.

“Azərbaycan bölmələri əməliyyat şəraitinə tam nəzarət edir”, – məlumatda deyilir.

Ermənistan KİV Qarabağ separatçılarına istinadən iddia edir ki,  martın 25-nə keçən gecə Azərbaycan bölmələri atəş açıblar və pilotsuz uçan aparatlardan istifadə olunub.

Erməni tərəfinin iddiasına görə, Azərbaycan “ən azı 5 hərbçisini itirib”, onun özündə isə “bir yaralı” var.

Erməni mənbələrinə görə, dünən Azərbaycan hərbçiləri atəş etmədən Qarabağın şərqində Fərrux kəndini tutublar və indi tərəflərin ilkin mövqelərə qayıtması ilə bağlı sülhməramlılarla danışıqlar aparılır. Ermənistan KİV həmçinin Fərruxdan 4 kilometr aralıda yerləşən Pirlər (Xramort) kəndində erməni hərbçilərin və “könüllülər”in toplandığını bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button