ArxivXəbər lentiXəbərlər

Kadırov: “İblis dövləti” qərb xüsusi xidmət orqanları tərəfindən yaradılıb

“Müqəddəs gündə qan axıdanlara lənət olsun”.

Çeçenistan prezidenti Ramzan Kadırov  İraqda 120 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlı Facebookda şərh yazıb, Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.

“İblis dövləti” bu terro aktına görə məsuliyyəti öz üzərinə götürüb. Mən dəfələrlə demişəm, və yenə qeyd edirəm ki, bu dəstənin islamla heç bir əlaqəsi yoxdur.  O qərb xüsusi xidmət orqanları tərəfindən yaradılıb və bütövlüklə onlara tabedir. Müqəddəs gündə qan axıdanlara lənət olsun.”, – Kadırov yazıb.

Çeçenistan prezidenti qeyd edib ki, müxtəlif ölkələrdəki gənc müsəlmanlar Yaxın Şərqdəki hadisələri düzgün anlamalı olduqlarını qeyd edib və İŞİD-in Qiyamət günündə cəzasının ağır olacağını vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button