ArxivFatimi yaşayişIslamŞəxsiyyətlərXəbər lentiXəbərlər

Kərbəla Şəhidi – Nafe ibn Hilal

O, Əmirəlmömininin (ə) tərəfdarlarından idi və o Həzrətin bütün döyüşlərində iştirak etmişdi. Dəyərli, şücaətli şəxsiyyət və Quran qarisi idi. O, Müslim ibn Əqilin şəhadətindən öncə, yol əsnasında İmam Hüseynə (ə) qoşuldu.

Kərbəla şəhidlərindən olan Əmr ibn Qərəzə şəhadətə çatdığı zaman, Ömər Sədin qoşununda yer alan qardaşı Əli ibn Qərəzə onun intiqamını İmam Hüseyndən (ə) almaq məqsədilə o Həzrətin düşərgəsinə hücum etdi.

Amma Nafe ibn Hilal qarşısını kəsdi və onu yaraladı. Ömər Sədin qoşunundakılardan bir neçəsi Nafeyə hücum etdi. Nafe ciddi şəkildə döyüşür və bu rəcəzi oxuyurdu:

أَنَا الْغُلامُ الْـيَمَنيُّ الْبَجَلِيّ دينِي عَلَى دينِ حُسَيْنِ بْنِ عَلِىّ (ع)

“Mən Yəmənli gəncəm və Bəcəli (Cəməli) qəbiləsindənəm. Din və şəriətim Hüseyn ibn Əlinin (ə) dinidir”. (“Biharul-ənvar”, c. 45, səh. 27.)

Əbu Müxnəf nəql edir: Nafe adını öz oxlarının üzərinə yazdı və onları zəhərlədi, sonra oxları atdı. Oxları qurtardığı zaman öz qılıncını qınından çıxardı və düşmənə hücum edərək dedi:

أَنَا الْهُزَبْرُ الْجَمَلِي أَنَا عَلى دينِ عَلِيّ
“Mən Cəməli qəbiləsindən olan şir kimi şəxsəm. Mən Əlinin (ə) dinindəyəm”.

İbn Sədin qoşunu onun qolları sındığı halda, ona hücum etdi və əsir tutaraq Ömər Sədin yanına apardı. Orada Şimr onu şəhadətə yetirdi. (“Təbəri tarixi”, c.4, səh.336; “Əl-kamil”, İbn Əsir, c.3, səh.292; “Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.756-757.)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button