ArxivXəbər lentiXəbərlər

Jirinovski ABŞ-da inqilabın başladığını söylədi

ABŞ-dakı iğtişaşlar ölkədə “inqilabi dəyişikliklərə” səbəb olacaq. Bu barədə Rusiyanın Liberal Dempkrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski öz teleqram kanalında yazıb.

Siyasətçi iddia edir ki, ABŞ-dakı mövcud vəziyyət “yuxarılar bacarmır, aşağılar istəmir”lə izah olunur.

“Dincəldiz, inqilab başladı. Demokratlar hər şeyi itirdilər və buna görə də hər zaman Trampın Amerikanı idarə etməsinə mane oldular. Aşağılar bunu gördü və işə qarışdılar. Qərara gəldilər ki, bir qarışıqlıq yaratsınlar”, – Jirinovski yazıb.

LDPR lideri “səs-küydən sonra qəbiristanlıq səssizliyi var” qənaətinə gəlib.

Xatırladaq ki, son günlərdə etiraz və iğtişaşlar dalğası ABŞ-ın böyük şəhərlərini bürüyüb. Qaradərili Corc Floyd polis zorakılığı ilə öldürülməsinə etiraz edən aktivistlərə böyük kütlələr də qoşulub. Polis işçilərindən biri Floydun arteriya damarına dizi ilə səkkiz dəqiqə 46 saniyə basdığı üçün o, “Mən nəfəs ala bilmirəm”, – deyib və bir müddət sonra nəfəs çatışmazlığından ölüb.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button