ArxivIslamXəbər lentiXəbərlər

İstanbulda Xanım Zəhranın (s.ə) silsilə mövlud tədbirləri keçirilib – FOTO

 Belə ki, ən böyük mərasim İstanbulun Halkalı rayonunun Zeynəbiyə bölgəsində keçirilib. “Zehraana” və Zeynəbiyə məscidinin dəstəyilə böyük mərasim Türkiyənin ən böyük səhnəsinə sahib (704 kv metr) “Yəhya Kamal Bayatlı” Konfrans və Konsert salonunda keçirilib. Mərasimə xaricdən qonaqlar, diplomatik korpusların nümayəndələri, dövlət rəsmiləri və İstanbulda yaşayan müsəlmanlar qatılıb.

Mərasimdə əsas çıxışı Türkiyə şiələrinin lideri Şeyx Səlahəddin Özgündüz edib.

Digər mərasim TAYDER təşkilatı tərəfindən təşkil edilib. Tədbirlərini panel və konfrans şəklində keçirən təşkilatın ofisində mərasim zalında keçirilib. Paneldə təşkilatın sədri Ziya Türkyılmaz giriş çıxışını edib, əsas çıxış isə Almaniyada İmam cümə olan Şeyx Səbahəddin Türkyılmaz tərəfindən olub.

Bir çox məscid və təşklatlarda İslam Peyğəmbərinin əziz qızı Həzrəti Zəhranın (s.ə) mübarək mövlud günü münasibətilə tədbirlər keçirilib. Lakin İstanbulun mərkəzində (Beyazit meydanına yaxın) olan Validahan məscidində mərasim də diqqət mərkəzində olub. Belə ki, İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Höccətülislam vəl muslimin Seyid Ocaq Nejad tədbirin sürpriz qonaqlarından olub. O Həzrəti Zəhranın (s.ə) mövlud mərasimində bu məscidin əsas vaizi olub.

Qeyd edək ki, mövlud mərasimləri davam edir.

İstanbulda Xanım Zəhranın (s.ə) silsilə mövlud tədbirləri keçirilib – FOTO

Facebookla şərh yaz

Şərhlər

 Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button