ArxivXəbər lentiXəbərlər

İran-Azərbaycan R. ticarət mübadilələrinin yolunda heç bir maneə yoxdur

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İran ilə Azərbaycan Respublikası arasındakı ixracat və idxalat miqdarı barədə deyib ki, Qafqaz, xüsusən Azərbaycan Respublikası ilə iqtisadi mübadilələr yolunda heç bir maneə və məhdudiyyət yoxdur

İran və Azərbaycan Respublikasının dövlətləri və xalqları arasında ən yüksək səviyyələrdə rəsmi və siyasi əlaqələr, bütün sahələrdə iqtisadi və ticari mübadilələr, bütün dini, mədəni və ictimai miqyas və cəhətlərdə mübadilə və anlaşmalar mövcuddur.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İran ilə Azərbaycan Respublikası arasındakı ixracat və idxalat miqdarı barədə belə deyib: Qafqaz, xüsusən Azərbaycan Respublikası ilə iqtisadi mübadilələr yolunda heç bir maneə və məhdudiyyət yoxdur.

Mübadilələrin genişlənməsi tərəflərin iqtisadi mərkəzlərinin ciddi-cəhdi və səyindən, hər ölkədə mövcud olan imkan və potensiyalardan, bir də ölkələrin iqtisadiyyatlarının bir-birilərini nə qədər təkmilləşdirə və öz əlaqələrini genişləndirə bilmələrindən asılıdır.

Qasemi İran və Azərbaycan Respublikasının fəaliyyət ortaqlığına işarə edərək, deyib: İki ölkənin müxtəlif sahələrdə, o cümlədən energetika, dənizçilik, turizm və əlbəttə, həyati və ekoloji sahələrdə və müştərək bəşəri irslərin qorunması sahələrindəki  həmkarlığı və məşvərəti İran və Qafqaz ölkələri, o cümlədən Azərbaycan Respublikası üçün inkarolunmaz bir zərurətdir.

Qasemi İranın Qafqaz ölkələri ilə olan səmimi əlaqələrinə toxunub: Bizim Azərbaycan Respublikası ilə əlaqələrimiz çox yaxşıdır. Rusiya, Ermənistan və sair kimi ölkələrlə də yaxşı əlaqələrə malikik. Onlar da bizə etimad edirlər. Ümid edirəm ki, əməldə də İranın əlaqələrinə layiq olan ticarət statistikalarını tezliklə təqdim edə bilək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button