ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rəsmi Yerevan Bakını beynəlxalq məhkəmələrə verəcəyini deyir (yenilənib)

Rəsmi Bakıdan Ermənistan XİN-ə reaksiya

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin separatçı rejimin üzvlərinin Azərbaycan tərəfindən həbsi ilə bağlı bəyanata reaksiya verib.
XİN hesab edir ki, bəyanat Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində yürütdüyü təcavüzkar siyasət və əməllərdən əl çəkmədiyini nümayiş etdirir:
Həmçinin həbsi həyata keçirilmiş şəxslər tərəfindən törədilmiş əməllərə bəraət qazandırılması cəhdidir. Azərbaycana qarşı təcavüzdə, separatçılığın təşviq edilməsində, terror əməllərində, əsirlikdə olan hərbi qulluqçular və mülki şəxslərə qarşı sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlər törədilməsi və digər faktlar üzrə Azərbaycanın Cinayət Məcəlləsinin müvafiq maddələrilə başlanmış cinayət işi çərçivəsində qeyd edilən şəxslərin həbsi ədalətin bərpasına xidmət edir və bu addımların legitimliyinin şübhə altına alınması qəbuledilməzdir”.
Nazirlik qeyd edib ki, tərksilaha razı olan minlərlə Ermənistan hərbçiləri və qanunsuz hərbi birləşmələri Azərbaycan tərəfindən humanist addım olaraq sərbəst buraxılıb:
Bu xüsusda Ermənistanın apardığı saxta kampaniyanın heç bir əsası yoxdur. Azərbaycana qarşı irqi və etnik nifrət aşılamaq məqsədi daşıyan bu bəyanat Ermənistanın sülh səylərinə mane olan destruktiv fəaliyyətinin tərkib hissəsidir”.
Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində düçar olduğu uğursuzluqlara rəğmən, yenə də əsassız olaraq və beynəlxalq hüququn norma və prinsiplərinə zidd şəkildə məhkəmə qarşısında iddialar irəli sürməkdə davam etməsi bu ölkənin Azərbaycanla sülh və normallaşma prosesində maraqlı olmadığını nümayiş etdirir”, – deyə bəyanatda bildirilir
МИД Азербайджана
Ermənistan XİN  Qarabağda həbs edilmiş bütün şəxslərin müdafiəsi ilə bağlı çağırış edib
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) “Dağlıq Qarabağ Respublikası”nın keçmiş rəhbərlərinin hüquqlarını qorumaq üçün bütün mümkün addımlar atacağını bildirib.
Bu barədə nazirliyin oktyabrın 4-də yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda Arkadi Qukasyanın, Bako Saakyanın, Arayik Arutyunyanın, David İşxanyanın, Ruben Vardanyanın və başqalarının Azərbaycan tərəfindən saxlanılması qətiyyətlə pislənilib:
Dağlıq Qarabağın nümayəndələri ilə dialoqa, yüksək vəzifəli Azərbaycan rəsmilərinin ermənilərin hüquqlarına hörmət və müdafiə etməyə, onların Dağlıq Qarabağa qayıtmasına mane olmamağa və regionda sülhün bərqərar olmasına hazır olduqları barədə bəyanatlarına baxmayaraq, Azərbaycanın hüquq-mühafizə orqanları əsassız həbslərə davam edib”.
Ermənistan Xarici İşlər Nazirliyi. Mənbə: “mfa.am”
Ermənistan Dağlıq Qarabağın qanunsuz həbs edilmiş nümayəndələrinin beynəlxalq məhkəmələrdə, o cümlədən məhkəmələrdə hüquqlarının müdafiəsi üçün bütün mümkün addımları atacaq”, – deyə XİN-in bəyanatında vurğulanır.
“Çox güman, Ermənistan Avropa Məhkəməsinə müraciət edəcək”
Ermənistan XİN-in bəyanatını Meydan TV-yə şərh edən hüquqşünas Səməd Rəhimli deyir ki, çox güman, rəsmi Yerevan Bakıdan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcək.
Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Konvensiyasının 33-cü maddəsi dövlətlərarası şikayətlərə imkan verir:
Bu halda həbs edilən şəxslərlə bağlı Ermənistan 33-cü maddəyə uyğun olaraq Azərbaycana qarşı dövlətlərarası şikayət verə bilər. Ancaq həmin şikayətə hansı qaydada baxılacaq, bu işlərin Azərbaycan daxilində yekunlaşmasını gözləyəcək, yoxsa başqa addımlar atılacaq. Bax bunlar bir çox məsələlərdən asılıdır. Əslində, Avropa Məhkəməsinə hər hansı şikayəti fərdi qaydada şəxslər özləri verməlidirlər. Amma istisna deyil ki, dövlətlərarası şikayətlər verilə bilər”.
Səməd Rəhimlinin fikrincə, fərdi qaydada şikayətlərdə bir qayda olaraq Avropa Məhkəməsi tələb edir ki, ölkədaxili hüquqi müdafiə vasitələri istifadə edilərək tükəndirilsin:
Bununla belə bəzi istisna hallarda ölkə daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsini tələb edə bilərlər. Məsələn, bu halda həbs qətimkan tədbiri seçilibsə, ondan şikayət verilməsi, yaxud iş məhkəməyə gəlibsə, Avropa Məhkəməsinin nələrsə tələb edib-etməyəcəyini indidən demək çətindir”.
Səməd Rəhimli
Səməd Rəhimlinin şəxsi arxivindən
“”Çıraqov Ermənistana qarşı” və ya “Sərkisyan Azərbaycana qarşı” mülkiyyət işlərində Avropa Məhkəməsi ölkədaxili hüquq müdafiə vasitələrindən istifadə etməyə zərurət olmadığını bildirmişdi. Ancaq indi həbs, yaxud azadlıqdan məhrumetmə məsələləri ortaya çıxır, ola bilsin ki, proses uzansın. Bütün hallarda indidən Avropa Məhkəməsinin nəsə deyəcəyini söyləmək çətindir. Çünki bu tipli məsələlərdə Avropa Məhkəməsinin oturuşmuş hüquqi  mexanizmi yoxdur”, – deyə hüquqşünas qeyd edib.
Oktyabrın 3-də separatçı “Dağlıq Qarabağ Respublikası”nın keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007), Bako Saakyan (2007-2020), Araik Arutyunyan (2020-2023) və “Daşnakasutyun” Partiyasının təmsilçisi, həmçinin separatçı rejimin keçmiş “parlament sədri” David İşxanyan saxlanılıb.
Bildirilir ki, bu şəxslər barələrində aparılan cinayət işləri üzrə saxlanılaraq Bakıya gətirilib.
Qarabağda həbslər
Sentyabrın 27-də separatçı “Dağlıq Qarabağ”ın keçmiş “dövlət naziri” Ruben Vardanyan həbs olunub.
Sentyabrın 30-da Baş Prokurorluq saxlanılmış separatçı qurumun “prezident aparatı rəhbərinin müavini” Davit Klimoviç Babayana və rejimin sabiq “müdafiə naziri” Lyova Mnatsakanyana ittihamları elan edib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Separatçı respublika nə vaxt yaranıb?
1991-ci il dekabrın 10-da azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum keçirilib.
Referendumun nəticəsinə görə, 6 yanvar 1992-ci ildə “Dağlıq Qarabağ Respublikası” rəsmən elan olunub. Lakin Ermənistan da daxil olmaqla, heç bir ölkə və ya beynəlxalq qurum rejimin müstəqilliyini tanımayıb.
Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınıb.
Qarabağda son əməliyyatlar
Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.
Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.
Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.
İkinci Qarabağ münaqişənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.
Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edirdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button