ArxivXəbər lentiXəbərlər

İsrail rejiminin Bakıdakı səfirliyi qarşısında “Beynəlxalq Qüds günü” münasibətilə aksiya

a3bb0b272c388b432cd2ccfa4099a9cb_L

məlumat verən Azərbaycan İslam Partiyası (AİP) sədrinin siyasi məsələlər üzrə müavini Hacı Akif Heydərli bildirib ki, “Aksiyada ümumilikdə 44 nəfər saxlanılmışdı. Onlar 34 nəfər sərbəst buraxılıb. 5 nəfər cərimələnib, 5 nəfərin işi isə Yasamal rayon məhkəməsinə göndərilib. Cərimə olunanlardan 4 nəfərin adını bilirəm. Bunlar partiyanın sədr əvəzi Hacı Elçin Manafov, Vüqar Abiyev, Növrəstə İbrahimova və Səbuhi Səlimovdur.”.

Məlum hadisə ilə bağlı münasibət öyrənmək məqsədilə “İslamazeri.az” saytı olaraq Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə saxladıq. Şöbə rəisi sorğumuza cavab olaraq Yasamal rayon 27 saylı polis bölməsinə zəng etməyimizi bildirdi. Sözügedən bölmə ilə əlaqə saxladıqda isə özünü təqdim etməyən şəxs kobud formada baş verənlərlə bağlı heç bir məlumata malik olmadığını deyərək telefonu söndürdü.

Bundan sonra Azərbaycan İslam Partiyası (AİP) sədrinin siyasi məsələlər üzrə müavini Hacı Akif Heydərli ilə əlaqə saxladıq.

O saytımıza açıqlamasında qeyd etdi ki, “Bildiyiniz kimi beynəlxalq Qüds günü 1982-ci ildən İmam Xomeyni tərəfindən elan olunub. Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da əsasən işğala, zülmə qarşı dirçəliş günü kimi qeyd olunur. Azərbaycanda 20 faiz torpaqlar işğal altındadır, bu günü qeyd eləmək Azərbaycan üçündə önəmlidir. Azərbaycan əhalisi, əsasən Azərbaycan İslam Partiyası həmişə olduğu kimi bu günü xüsusilə qeyd edir. Bu gün ki aksiyada 100-ə yaxın iştirak etdi. Amma təəssüflər olsun ki, Azərbaycan polisi 44 nəfəri saxladı. Onlar hal hazırda Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsində saxlanılırlar. Aldığım son məlumata görə orada saxlanılanlardan bəzilərinin işi Yasaml Rayon məhkəməsinə gedəcək. Ola bilsin ki, cərimə olunacaqlar, ola bilsin ki, sutkalıq cəza alacaqlar. Əlbəttə ki, bütün baş verənlər insanların mübarizə əzmini qırmır. Amma təbii olaraq Azərbaycanda bu cür etirazlara şərait yaradılmalıdır. Saxlanılanların içərisində AİP sədr əvəzi hacı Elçin Manafov, AİP-in təşkilat məsələləri üzrə sədr müavini Vüqar İbayev, digər partiya üvləri və inanclılar var.”

islamazeri.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button