ArxivIslamXəbər lentiXəbərlər

İsrail qüvvələri 8 uşağı olan bir fələstinli ailənin evini dağıdıb

Maide.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Şərqi Qüdsün Silvan məhəlləsinə gələn işğalçı İsrail rejim  bələdiyyə qrupları, 6 il əvvəl inşa edilən Ayşe Hicazinin evini söküb.
Evlərinin “sənədsiz” olduğunu iddia edən  işğalçı rejim tərəfindən dağıdılmış Hicazi ailəsi evlərindən çıxara bildikləri bir neçə əşya ilə  küçədə qalıb.
Qeyd edək ki, işğalçı İsrail rejimi fələstinli ailələrin ev inşasına dair müraciətlərini  qəbul etmir, işğalçı rejim  minlərlə fələstinlinin evini lisenziyasız olduqları iddiası ilə sökəcəkləri ilə hədələyir.
Fələstin mənbələri qeyd edirlər ki, 1967-ci ildən bu yana Şərqi Qüdsdə İsrail qüvvələri tərəfindən 5 mindən çox fələstinli ev dağıdılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button