ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Həll yolu, əcnəbi orduların region ölkələrindəki müdaxilələrinin qarşısının alınmasıdır” +VİDEO

 İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı- Həzrət Ayətullahuluzma Xamenei İmam Hüseyn(ə) adına zabitlik akademiyasında silahlı qüvvələrin zabitlik universitetləri tələbələrinin birgə məzunluq mərasimi ilə video formatda keçirilən əlaqədə buyurublar: Əcnəbilərin bölgəyə müdaxilələri ixtilaf və xəsarət mənbəyidir və bütün məsələ və hadisələr əcnəbilərin müdaxilələri olmadan və region ölkələrinin İranın və İran İslam Respublikası Silahlı Qüvvələrinin qüdrəti və aqilliyindən meyar götürülməklə həll edilməlidir.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı vurğulayıblar: Bölgənin məsləhəti bundadır ki, bütün ölkələr müstəqil və öz xalqına söykənən və qonşuların orduları ilə sinerjiyə malik olmalıdırlar.

İslam İnqilabının Böyük Rəhbəri sonra bildiriblər: Region orduları regionun təhlükəsizliyini təmin edə bilərlər və əcnəbi orduların öz maraqlarını təmin etmək üçün hərbi müdaxilə və iştirak malik olmalarına icazə verməməlidirlər.

İnqilab Rəhbəri Avropa ilə Amerika arasındakı son höcətləşməyə işarə edib və bildiirblər: Bəzi avropalılar Amerikanın hərəkətini arxadan vurulan zərbə adlandırıb və bir növ deyiblər ki, Avropa NATO-ya, əslində isə Amerikaya söykənmədən müstəqil surətdə öz təhlükəsizliyini təmin etməlidir.

Həzrət Ayətullahuluzma Xamenei sonra belə qeyd ediblər: Avropa ölkələri Avropa ilə müxalif də olmayan bir ölkəyə, yəni Amerikaya söykəndiklərinə görə, sabit təhlükəszilyin həyata keçirilməsində çatışmazlıq hiss etdikləri bir halda, öz silahlı qüvvələrini Amerikanın və digər əcnəbilərin nəzarəti altına verən digər ölkələrin vəziyyəti məlumdur.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı başqalarına söykənməklə təhlükəsizliyin təmin edilməsini yalnız bir illüziya adlandırıb və belə söyləyiblər: Bu illüziyaya düçar olan kəslər onun şapalağını tezliklə görəcəklər, zira əcnəbilərin hər bir ölkənin təhlükəsizliyi, müharibəsi və sülhünə birbaşa və ya dolayısı ilə müdaxilələri müsibətli bir fəlakətdi.

İslam İnqilabının Böyük Rəhbəri Amerikanın mənəviyyat və etika əhval-ruhiyyəsi olmayan təchiz olunmuş ordusunun Əfqanıstandan çıxmasını zahiri və qeyri-real qüdrətin nəticəsi adlandırıb və belə deyiblər: Amerikalılar 20 il bundan qabaq Taliban-ı devirmək üçün Əfqanıstana qoşun yeritdilər və bu uzunmüddətli işğalçılıqda çox sayda qırğın, cinayət və xəsarətlər törətdilər, amma bir belə maddi və insani xərclərdən sonra hökuməti Taliban-a verib, bu ölkədən çıxdılar ki, bu gerçəklik bütün ölkələr üçün ibrət dərsidir.

İslam İnqilabının Böyük Rəhbəri Şərqi Asiya xalqlarının Amerika ordusuna qarşı nifrətini xatırladıb və bildiriblər ki, amerikalılar hər yerə müdaxilə edirlərsə, xalqların yanında mənfur olurlar.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button