ArxivIslamXəbər lentiXəbərlər

İsrail Kəşfiyyatı: Süleymaninin 2 min km məsafə qət edən PUA-ları var, hər an vurula bilərik

İsrail mediasına istinadən xəbər verir ki, İsrail Ordusunun Kəşfiyyat bölməsi İranın İsrailə hücum etməsilə bağlı həyəcan təbili çalıb.

İsrail Ordusunun Hərbi Kəşfiyyat İdarəsinin araşdırma şöbəsinin rəhbəri Dror Şalom bildirib ki, İran İsrailə Səudiyyənin neft obyektlərinə hücum etdiyi kimi hücum edə bilər.

Kəşfiyyatın ehtimalına görə, hücum baş verərsə İran, İraq ərazisindən İsrailə hücum edəcək.

“Mənə elə gəlir ki, bu vaxt məsələsidir. Bu hücum “Yer Hava” raketləri, qanadlı raketlər və PUA vasitəsilə həyata keçirilə bilər. “Qüds” Briqadasının komandanı General Qasim Süleymanidə 1000, 1200 km yol qət edə bilən PUA-lara sahibdir. Məhz bu PUA-ladan Fars Körfəzində istifadə edib.”, -deyə Şalom bildirib.

Onun sözlərinə görə, İsrail ilə İran arasında qarşıdurma ehtimalı əvvəlki illərdən daha yüksəkdir.
“Biz müharibəyə yaxınlaşırıq. İranla təhlükəli raunddayıq, bizə sükanı möhkəm saxlamaq lazımdır.”, -deyə İsrail Ordusunun Hərbi Kəşfiyyat İdarəsinin araşdırma şöbəsinin rəhbəri Dror Şalom qeyd edib.

Qeyd edək ki, Yəmən “Ənsarullah”ı Səudiyyənin Aramco neft şirkətinin obyektlərinə PUA-lar vasitəsilə hücuma keçmiş, ABŞ və Səudiyyə hücumda İranı ittiham etmişdi. İran isə bütün ittihamları rədd edərək, Səud və dəstəkçilərinin Yəmənin gücünü etiraf etmək istəmədiyinə və İslam Respublikasına təzyiqləri artırmaq üçün bu ittihamların səsləndirildiyini açıqlamışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button