ArxivXəbər lentiXəbərlər

Astarada qəbir daşlarını sındıran şəxsin oğlunun evini yandırdılar

Dünən gecə Astara rayonunun Şiyəkəran kənd sakini, 26 yaşlı Vüsal Eynulla oğlu Babayevə məxsus ümumi sahəsi 192 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanmasının bəzi təfərrüatları məlum olub. Zərərçəkənlər iddia ediblər ki, ev qisas məqsədi ilə yandırılıb. Buna səbəb kimi aprelin 12-də ailə başçısı Firudin Babayev tərəfindən kənd qəbiristanlığında başdaşılarının sındırılmasına görə yerli sakinlərdən kimin və ya kimlərinsə onlardan əvəz çıxmasını göstəriblər. Zərərçəkən Eynəli Babayevin sözlərinə görə, bir gün əvvəl də evin yandırılmasına cəhd göstərilib:

“O vaxt 3 şalban və qapını yandırmışdılar. Bu gecə isə tamam məqsədlərinə çatdılar”.

Zərərçəkənlər baş vermiş yanğın hadisəsi ilə bağlı Astara Rayon Polis Şöbəsinə də şikayət ediblər. Yanğın faktı Fövqəladə Hallar Nazirliyinin (FHN) Astara Rayon Yanğından Mühafizə Hissəsi tərəfindən araşdırılır.

Qeyd edək ki, aprelin 12-də Astara rayonunun Şiyəkəran kənd qəbiristanlığında 20-dək qəbirin başdaşı sındırılaraq yararsız vəziyyətə salınıb. Hadisə barədə dərhal rayonun hüquq mühafizə orqanlarına məlumat verilib. Polis əməkdaşları ilkin araşdırmalardan sonra kənd sakini, əvvəllər iki dəfə məhkum olunmuş 46 yaşlı Firudin Eynəli oğlu Babayevi şübhəli şəxs qismində yaxalayaraq istintaq orqanlarına təhvil veriblər./apa/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button