AktualAktualArxivmədəniyyatSosialXəbər lentiXəbərlər

İslami Şura Məclisində Astaranın təmsilçisi: Azərbaycan Respublikası “Astara-Astara” dəmir yolunun inşasında öz öhdəliyinə əməl etməyib

İslami Şura Məclisində Astaranın təmsilçisi: Azərbaycan Respublikası “Astara-Astara” dəmir yolunun inşasında öz öhdəliyinə əməl etməyib və indiyədək iqtisadi faydalanmalar ardınca olmuşdur.

Qafqaz Həqiqətləri xəbər verir ki, Astara əhalisinin İslami Şura Məclisində təmsilçisi Qulamrza Mərhəba jurnalistlərə verdiyi açıqlamasında Azərbaycan Respublikası hökumətinin investisiya qoyduğu Astara-Astara dəmir yolu inşasının son durumu ilə bağlı deyib: “Astara-Astara dəmir yolunun tikilməsi qüssəli bir hekayə olaraq Astara camaatının qəlbini ağrıya salmışdır.”

İslami Şura Məclisinin İqtisadi Komissiyasının üzvü Azərbaycan Respublikası hökumətinin Astara-Astara dəmir yolu tikintisində öz öhdəliyinə tam əməl etmədiyini və indiyə kimi iqtisadi faydalanmalar ardınca olduğunu da vurğulayaraq deyib: “Proses belə davam edəcəyi surətdə bu mövzunun vəziyyətinin aydınlaşması məqsədilə qətiyyətli əməl edəcəyik. Çünki ümumi və milli maraqlarda güzəşt yoxdur.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button