AktualAktualArxivFatimi yaşayişIslamQarabağŞəxsiyyətlərTarixXəbər lentiXəbərlər

İslami Şura Məclisi sədrinin köməkçici: Qarabağı azad etmək general Süleymaninin əsas istəyi idi

Həqiqətpur: “Qarabağı azad etmək general Süleymaninin əsas istəyi idi, lakin Azərbayacan Respublikası dövləti bu istiqamətdə iradə göstərmədi.”
Qafqaz Həqiqətləri xəbər verir ki, İslami Şura Məclisi sədrinin beynəlxalq işlər üzrə köməkçisi, Qarabağ müharibəsinin iranlı komandir və məsləhətçilərindən olmuş Mənsur Həqiqətpur general Hacı Qasim Süleymanini regionda müqavimətin memarlıq məsulu adlandıraraq deyib: “Dünyanın hər yerində bütün müsəlmanlarının izzət, şərəf, vətən və namusunu qorumaq bu böyük şəhidin əsas hədəflərindən idi.”
Mənsur Həqiqətpur şəhid Süleymani və SEPAH Qüds Qüvvələrinin Qafqaz yanaşması barədə deyib: “Qafqaz Hacı Qasim üçün strateji əhəmiyyət daşıyırdı və Qarabağı azad etmək general Süleymaninin əsas istəyi idi, lakin Azərbaycan Respublikası dövləti bu istiqamətdə iradə göstərmədi.”
Həqiqətpur əlavə edib: “Azərbaycan hökuməti Hacı Qasimdən kömək istəsəydi, şözsüz Qüds Qüvvələri komandanı ötən illərdə olduğu kimi onların köməyinə tələsəcəkdi.”
Qarabağ müharibəsində iranlı məsləhətçi vurğulayıb: “Qarabağ İslam torpağıdır və Azərbaycan Respublikasına aiddir. Erməni işğalçıları bu torpağı işğal ediblər.”
Parlament sədrinin köməkçisi xatırladıb: “İran İslam Respublikası Yəməndən tutmuş Suriyaya, İraqdan tutmuş regionun digər xalqlarına qədər verdiyi dəstəyin yanında Qarabağın azad olunmasını da dəstəkləyir. Bu şərtlə ki, Azərbaycan dövləti və xalqı Qarabağı azad etmək istəsin.”
Həqiqətpur bildirib ki, Hacı Qasim Süleymaninin mədəni məqsədlərindən biri də Qafqazda xalis İslam təfəkkürünü genişləndirmək, bu region əhalisi və məsullarını şiə və İslam təlimləri ilə tanış etmək olmuşdur və bu məqsəd öz səmərəsini vermişdir.
Habelə, İslam düşmənlərini, o cümlədən Amerika və sionist rejimi Qafqazın həyatından təmizləmək şəhid general Hacı Qasim Süleymaninin strategiyalarından olmuşdur və Ali Məqamlı Rəhbərin general Qaani ilə bağlı sərəncamda da bu yol və amalın davam etdirilməsinə təkid olunur.
Buna əsasən, İslam Respublikası və İslam İnqilabı Keşikçilər Qvardiyası Qüds Qüvvələrinin Qafqaz və Qarabağ barədə icra strategiyası qabaqkı kimi davam edəcək.
Qarabağ müharibəsi məsləhətçisi şəhid general Qasim Süleymaninin terror edilməsinə görə ağır intiqam alınması barədə öz fikrini belə açıqlayıb: “Ağır intiqam, yəni işğalçı və təcavüzkarların əlindən əmin-amanlığı almaq. Belə ki, onların əsas mərkəzləri şiddətli zərbə alsın.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button