ArxivXəbər lentiXəbərlər

İslam Partiyası məhbuslarla bağlı bir araya gəldi – Foto

Bu gün Azərbaycan İslam Partiyasının növbəti konfransı keçirilib. Tədbiri İslam Partiyasının Siyasi Şöbəsinin müdiri Akif Heydərli açıq elan edib. O, Azərbaycan İslam partiyasının lideri Mövsüm Səmədovun, eləcə də  digər tanınan ruhanilərin qanunsuz olaraq həbs olunmasını və hətta cəzacəkmə müəssisələrində belə təzyiqlərə məruz qalmasını kəskin şəkildə pisləyib. Konfransın keçirilməsində əsas məqsədin günahsız yerə cəza çəkən ruhanilərin haqq səsinə dəstək vermək olduğunu diqqətə çatdırıb. Partiya rəsmisi İslam yolunda xidmət göstərən ziyalı ruhanilərin min bir böhtanla həbsə atılmasının cəmiyyətin gələcək inkişafına mənfi təsir edəcəyini də diqqətə çatdırıb.
Daha Sonra tədbirdə Azərbaycan İslam partiyasının sədr əvəzi Elçin Manafov çıxış edib. Partiya rəsmisi bildirib ki, İslam liderlərinin, ziyalı ruhanilərin qərəzli şəkildə həbs edilməsi onları cəmiyyətdən təcrid etmək məqsədi daşıyır. Lakin cəmiyyət bu haqsızlıqlara biganə yanaşmamalı və ruhanilərin azad olunması üçün əlindən gələni əsirgəməməlidir. İslamçıların azadlığa çıxması üçün sona qədər mübarizə aparılmalıdır. Elçin Manafov həmçinin tanınmış ilahiyyatçı alim Elşən Mustafaoğlunun gülünc ittihamla həbs edilməsinə münasibət bildirib. Haqsız rejimin cəmiyyətin ziyalılarını və düşünən beyinlərini həbsə atmaqla ölkənin gələcəyini sual altına qoyduğunu nəzərə çatdırıb.
Ardınca İslam partiyasının funksioneri Elmar Səmədov söz alıb. O, hakim rejimin İslama və islamçılara qarşı təzyiqləri davam etdirdiyini bildirib. Haqqı dediyi üçün şərlənərək həbs edilən Mövsüm Səmədov, Abgül Süleymanov, Tale Bağırov və digər mübariz ruhanilərin hətda cəza cəkdikləri müəssisələrdə işgəncələrə məruz qaldığını, bütün bunlar azmış kimi qapalı təcridxanalara köçürüldüklərini vurğulayıb. Bu haqsızlıqların qarşısını almaq üçün cəmiyyətin birləşməli olduğunu deyib. Tədbirdə islamçıların hüquqlarının müdafiə komitəsinin üzvü Natiq Kərimov da çıxış üçün söz alıb. O, həbsdə olan mübariz ruhanilərin ağır şəraitdə saxlanıldığını qeyd edib. İslamçıların həbsindən sonra ölkədə vəhhabizm kimi radikal dini cərəyanların ayaq açdığını diqqətə çatdırıb. Mövcud rejimin isə ölkəni parçalamağa çalışan radikal terrorçu qruplaşmalara qarşı mübarizə aparmaq əvəzinə dövləti və dövlətçiliyi dəstəkləyən islamçılara qarşı təzyiqləri artırmasının səhv addım olduğunu əlavə edib. Konfrans ölkə ruhanilərinin adından prezident İlham Əliyevə müraciətin ünvanlanması ilə yekunlaşıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button