AktualAktualArxivIslammədəniyyatXəbər lentiXəbərlər

İslam Cəmiyyəti Birliyinin katibi: Ermənistanın uşaq qatili və  qondarma İsrail rejimi ilə əlaqələri İran xalqı və dövləti üçün qəbuledilməzdir

 

İran Universitet Tələbələri İslam Cəmiyyəti Birliyinin beynəlxalq məsələlər üzrə katibi deyib: “Ermənistan dövləti İranla yaxşı qonşuluq və qonşuluq prinsiplərini pozmamalıdır və bilməlidir ki, uşaq qatili və qondarma İsrail rejimi ilə əlaqələr qurmaq İran xalqı və dövləti üçün qəbuledilməzdir.”

Qafqaz Həqiqətləri xəbər verir ki, İran Universitet Tələbələri İslam Cəmiyyəti Birliyinin beynəlxalq məsələlər üzrə katibi Milad Əbdi “Tələbə Xəbər Agentliyi Universiteti” müxbirinə açıqlamasında Ermənistanın işğal edilmiş Fələstində səfirlik açmaq və sionist rejiminə səfir göndərməklə bağlı qərarına münasibət bildirərək bu qərarın Ağ Evin milli təhlükəsizlik üzrə köməkçisinin 2018-ci ildə İrəvana səfəri və Ermənistanı bu işə rəğbətləndirməsindən sonra baş tutduğunu bildirib.

Katib əlavə edib: “Amerikanın Ermənistanın qərbpərəst dövlətinə tövsiyələrindən əlavə, qəsbkar sionist rejimin Xarici İşlər Nazirliyi və təhlükəsizlik sistemi də bir sıra səfərləri və təşviqləri ilə çoxdan idi ki, İrəvanı işğal edilmiş Fələstində səfirlik açmağa qane etməyə səy göstərirdi. Hətta, İrəvandan öz səfirliyini Beytül-müqəddəsdə açmasını istəmişdi.”

İslam Cəmiyyəti Birliyinin katibi daha sonra deyib: “Məlumdur ki, sionistlərin Qafqaz ölkələri ilə münasibətləri möhkəmləndirməkdə əsas prioritetlərindən biri onun geopolitik atmosferinə təsir qoymaq və bu ölkələrin İranla qonşuluğu imkanlarından faydalanmaqla İran əleyhinə təhlükəsizlik və iqtisadi məqsədlərini həyata keçirməkdir.

İran İslam İnqilabı qələbəsinin ilk illərində özünün İslam dünyasında olan mövqeinə diqqət etməklə Livan və Fələstində nüfuzunu genişləndirərək işğal edilmiş ərazilərin sərhədlərinə qədər irəlilədi. Sionistlər buna cavab olaraq İranın qonşuları arasında nüfuz etməklə ölkəmizin sərhədlərinə yaxınlaşmaq strategiyasını izləməyə başladı.

Sionist rejimin İran sərhədləri arxasında olması kimi planları izləməsi həmişə olub və sionist rejimin bu strategiyası təkcə Azərbaycan Respublikası ilə məhdudlaşmır. Onlar bu planı Orta Asiya və Qafqazın digər ölkələrində də həyata keçirməyə təlaş edirlər. Ermənistan da həmin ölkələrdən biridir.”

Mövlud Əbdi həmçinin bildirib ki, Ermənistanın işğal edilmiş Fələstin ərazilərində səfirlik açmaqla bağlı qərarı Fələstin xalqının maraqları ilə ziddir və məntəqənin təhlükəsizliyinə mənfi təsir qoyacaq.

Birliyin katibi vurğulayıb: “Ermənistan dövləti İranla yaxşı qonşuluq və qonşuluq prinsiplərini pozmamalıdır və bilməlidir ki, uşaq qatili və qondarma İsrail rejimi ilə əlaqələr qurmaq İran xalqı və dövləti üçün qəbuledilməzdir. İrəvan bu qərarına yenidən baxmadığı surətdə İranın bu ölkəyə qarşı rəftar və siyasətlərində ciddi dəyişikliklər olmalıyıq.”

Əbdu bunu da bildirib ki, ərəb və qeyri-ərəb ölkəlrin irqçi sionist rejimlə münasibətləri normallaşdırması İran Universitet Tələbələri İslam Cəmiyyəti Birliyi tərəfindən bərk pislənir və Ermənistan dövləti öz qərarına yenidən baxmalı, köçkün düşmüş və məzlum Fələstin xalqına kömək istiqamətində lazimi tədbirlər görməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button