ArxivXəbər lentiXəbərlər

İŞİD Qafqazda: Dağıstan mücahidləri Bağdadiyə beyət etdi

Dağıstan mücahidlərinin əmiri Əbu Məhəmməd “İslam dövləti”nə tabe olduğunu bəyan edib.

 Axar.az xəbər verir ki, onun “İslam dövləti”nə tabe olduğunu etiraf etdiyi haqqında görüntülər sosial şəbəkələrdə yerləşdirilib.

 Məlumatda həmçinin Əbu Məhəmmədlə bərabər, Dağıstan mücahidlərinin komandirlərindən olan Əbu Məhəmməd Araçaulskiy də “İslam dövləti”nə tabe olduğunu bəyan edib. Əbu Məhəmməd bu çıxışını bütün Dağıstan mücahidləri adından etdiyini bildirib. Videonun dekabrın 16-da qeydə alındığı bəlli olub.

 Bəzi rus ekspertləri Əbu Məhəmmədin bu addımını “İmarət Qafqaz”ın artıq parçalanmaq ərəfəsində olmasıyla əlaqələndiriblər.

 Xatırladaq ki, bundan öncə Xasavyurt rayonundakı döyüşçülərin rəhbəri Suleyman Zeynalabdinov İŞİD rəhbərinə tabe olduğunu bildirmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button