ArxivXəbər lentiXəbərlər

İŞİD-in azərbaycanlı komandiri Kobanidə öldürüldü (FOTO)

Bədəlovun Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri olduğu qeyd edilir

Koalisiya qüvvələrinin Kobanidə həyata keçirdiyi bombardıman zamanı İŞİD-in Qafqaz üzrə komandiri əslən azərbaycanlı Rövşən Bədəlov 25 adamı ilə birlikdə öldürülüb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 50 yaşlı Xalid Azəri ləqəbli Rövşən Bədəlov Azərbaycanın Tərtər rayonundandır.

Dindar həyatından əvvəl siyasətlə də məşğul olduğu bildirilən Bədəlovun Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri olduğu qeyd edilir.

2000 – 2001-ci illərdə Rusiya – Çeçenistan müharibəsinin arxa cəbhəsi hesab olunan Pankisi ərazisində “Tabuk” adlı qrup yaradan Bədəlov bu qrupa liderlik edib.

Məlumata görə, 2001 – 2002-ci illərdə dəstəsi ilə birlikdə Azərbaycana qayıdaraq Qarabağda döyüşmək istəyən Bədəlov saxlanılaraq 10 il həbsə məhkum olunub.

2013-cü ildə həbsdən çıxan Rövşən Bədəlov 1 aydan sonra Suriyaya gedib. Aralarında azərbaycanlıların da olduğu qafqazlılardan ibarət “Tabuk” qrupunu yaradan Bədəlov daha sonra İŞİD sıralarına keçib.

Bildirilir ki, gənc və təcrübəsiz İŞİD yaraqlılarının arasında döyüş təcrübəsinə malik olan Rövşən Bədəlov az vaxt ərzində Qafqaz əmiri vəzifəsinə yüksəlib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button