ArxivXəbər lentiXəbərlər

İşğalçı İsraildə Azərbaycanın Dövlət Bayrağı Günü qeyd olunub

İşğalçı İsrailin Xadera şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilən bayram konserti olub.
Konsert işğalçı İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) Or-Akiva şəhərində yerləşən şöbəsinin rəhbəri Lev Xaimov tərəfindən hazırlanıb.

qafqaz.ir Azərtac “Azİz”in mətbuat xidmətinə istinadla xəbər verir ki, xüsusi olaraq bayram tədbirində iştirak etmək üçün Azərbaycanın populyar müğənniləri – Pərviz Bülbülə, Elvin Babazadə və Ülviyyə Babayeva (işğal olunmuş Fələstinə) İsrailə gəliblər. Müğənniləri İsrailin ən yaxşı musiqiçiləri – vaxtilə Azərbaycanda yaşamış klarnet ifaçısı Vüqar Sultanov, gitaraçalan Rafiq Əsədov, klavişdə Emin Azəri, qarmonda Vahid Quliyev müşayiət ediblər.
“Azİz”in direktorlar şurasının üzvü Şaul Siman-Tov tədbirin sonunda deyib: “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü bayramında iştirak etmək istəyənlərin hamısı zala sığmasa da, konsertin canlı yayımını 5 minədək tamaşaçı izləyib”.
İşğalçı İsrailin Azərbaycan Respublikasındakı səfirliyi tədbirin təşkilinə böyük dəstək göstərib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button