AktualAktualArxivIslamXəbər lentiXəbərlər

İraq türkmanlarına Türkiyədən arxadan zərbə – FOTO

Türkmənlər İŞİD terrorçuları arasından 3 MİT casusunu ələ keçirib

FaktXəbər-in Cümhuriyyət-ə istinadən verdiyi məlumata görə, İraq Türkmən Cəbhəsindən olduğu söylənilən Nihat Yalnız adlı biri İŞİD terror qruplaşmasının tərkibindən 3 MİT (Türkiyənin Kəşfiyyat İdarəsi – red.) casusunun ələ keçdiyini bildirib.

Twitter-də Əhməd Davudoğlu və Abdullah Gülə mesajlar yazan bu şəxsin iddiasına görə, həbs olunan casusların adları belədir: Mahmud Yıldırım, İbrahim Çelik və Kazım Şimşək.

Nihat Yalnız Tvitterdə Kazım Şimşək adlı agentin fotosunu da yayılmlayıb.

Amerli cəbhəsində döyüşdüyünü deyən Yalnız, Ə.Davudoğluna Tvitter mesajında avqustun 23-də İŞİD terrorçularının arasından Mahmud Yıldırım adlı birini ələ keçirdiklərini, onun 33 yaşında uzun boylu biri olduğunu yazdıqdan sonra əlavə edib: «İŞİD-li terrorçularla birlikdə türkmanlara güllə atan Mahmud Yıldırım adlı MİT casusu başınıza bəla olacaq».

Mahmud Yıldırımın üstündən qırmısı pasport çıxdığını iddia edən N.Yalnız onun Beynəlxalq Haaqa Tribunalına göndəriləcəyini deyib.

Yalnızın idldiasına görə, MİT casusu, İraq ordusunun hərəkəti barədə Türkiyənin Gögtük2 peykindən aldıqları məlumatları İŞİD-ə çatdırdıqlarını etiraf edib. O, həmçinin Türkiyənin İŞİD-dən bareli 30 dollara benzin aldığını və əvəzində silah, tibbi pereparatlar, həmçinin yemək verdiyini bildirib.

Nihat Yalnız Türkiyə prezidentinə yazdığı tvitdə Türkiyə hökumətinin türkmanlara heç bir vaxt kömək etməməkdə qınayıb və deyib ki, 25 avqustda ələ keçirdieləri MİT casuslarının üstündən Abdullah Gülün telefon nömrəsi çıxıb.

Tikritdə İraq ordusundan qaçan 100-ə yaxın insanın Amerilidə İŞİD terror qruplaşmasına qatıldığını söyləyən Yalnızın bir gün sonra sosial şəbəkədə paylaşdığı mesajda bunlar yazıb: «Amerilidə İŞİD-in arasındakı ikinci MİT casusunu yaralı ələ keçirdik. Adı İbrahim Çelikdir. Bu da İŞİD-çilərin arasından ələ keçirdiyimiz ərəbcə, kürdcə, ingiliscə bilən üçüncü MİT-çi Kazım Şimşəkdir. İraqa MİT casuslarına təlimat vermək üçün göndərilib».

Qeyd edək ki, bu hadisə İŞİD terror qruplaşmasına Türkiyənin dəstəyini bir daha sübut etdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button