ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Hərbi Prokurorluq məhkəməyə təqdimat verib

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Şəhidlər Xiyabanında kimliyi məlum olmayanların məzarlarıyla bağlı Baş Prokurorluğa müraciət edib. Müraciətdə sözügedən məzarlarla əlaqədar ekshumasiya və tibbi-genetik ekspertizasının keçirilməsi istənilib.

Meydan TV-nin bu barədə sualına cavab olaraq, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, həmin müraciətlə əlaqədar Respublika Hərbi Prokurorluğu məhkəməyə təqdimat verib: “Təqdimat əsasında Bakı şəhəri Birinci Şəhidlər Xiyabanında tanınmadan dəfn edilmiş 23, İkinci Şəhidlər Xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 3 iyun 2021-ci ildə Bakı Hərbi Məhkəməsi tərəfindən qərarlar qəbul edilib. Həmin naməlum məzarlar Birinci Qarabağ Müharibəsində şəhid olmuş şəxslərə aiddir”.

Məhkəmə qərarından sonra prokurorluq əməkdaşları məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiya keçirib, tibbi-genetik tədqiqat üçün müvafiq nümunələr götürüb.

“Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakı ilə zəruri tədbirlər həyata keçirilir”, – prokurorluqdan bildirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button