AktualAktualArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Siyasi ekspert: İran şimal-qərb sərhədlərində “sionist rejimin ikinci şöbəsi”nin yaradılmasına icazə verməyəcək

 

Hüseyn Kənani deyib: “İran sionist rejimin in Azərbaycanda hüzur və planlarının nəyə xidmət etdiyini yaxşı bilir və qonşu ölkələrlə müştərək sərhədlər in də ikinci İsrail yaradılmasına icazə verməyəcək.”

Qafqaz Həqiqətləri xəbər verir ki, beynəlxalq məsələlər üzrə ekspert Hüseyn Kənani Müqəddəm Azərbaycan Respublikası və Türkiyənin bəzi rəsmilərinin sərsəmləmələri haqda deyib: “ Azərbaycan və Türkiyə ilə münaqişəmiz bölgədə Qərb senarisinin tamamlanması və İranın şimal-qərbində NATO-nun genişlənməsi ilə əlaqədardır. Hansı ki, Türkiyə və Azərbaycan Qərbin senarisinə yaşıl işıq yandırdılar. 

Ekspert Qərb gücləri və sionist rejiminin məkirli planları ilə İranın geostrateji və geopolotik sərhədləri haqda senarilərin işə düşdüyünü vurğulayaraq deyib ki, imperialist güclər Azərbaycan və Türkiyə vasitəsilə İranın Ermənistan yolu ilə Avropaya tranzit dəhlizini bağlamağa sə y edir . Ancaq İran heç vaxt onlara bu icazəni verməyəcək.

Kənani əlavə edib: “ İran sionist rejiminin Azərbaycanda hüzur və planlarının nəyə xidmət etdiyini yaxşı bilir və qonşu ölkələrlə müştərək sərhədlər in də ikinci İsrail yaradılmasına icazə verməyəcək. 

Ekspert qeyd edib ki, sionistlər Azərbaycanda pantürkizm və kürdlər yaşayan bölgələrdə pankürdizm təxribatları yaratmaqla İranı öz qonşuları ilə münaqişəyə çəkmək, beləliklə sionistlər qarşısında müqavimətdən əl götürmə sinə cəhd edirlər.

Türkiyə rəsmiləri və İlham Əliyevin əsassız ifadə və təhdidlərinə toxunan ekspert, onların sözlərini hakimiyyət məstliyinin qışqırıqları kimi xarakterizə edərək deyib: “Ali Məqamlı Rəhbər Türkiyə və Azərbaycan rəsmilərinin bizim məmurlarımızın otağının arxasında dayanıb dəxil düşdükləri və kömək istədikləri vaxta yaxşı işarə etdi. İran olmasaydı, Amerikanın əli ilə həyata keçən hərbi çevrilişdən sonra Ərdoğanın taleyinin necə olacağı məlum deyildi. İran Azərbaycanın daxili məsələlərində də İlham Əliyevə çox köməklə r edib. Ancaq bunları açıb deməyi elə də lazım bilmirik. 

Kənani Azərbaycanın İran torpağından qoparılmasına da toxunaraq deyib: “ Qacarilərin bacarıqsızlığı üzündən Azərbaycan ərazisi Rusiyaya verildi, Rusiya da əmanətdar olmadı və bugünkü Azərbaycan formalaş  . Bununla belə, biz Qarabağ münaqişəsində Azərbaycana dəstək olduq. Çünki inancımız budur ki, işğal edilmiş ərazilər öz ana ölkəsinə qayıtmalıdır. 

Ekspert eyni zamanda vurğulayıb ki, İran qonşu ölkələrlə münasibətləri səbəbindən hazırda geosiyasi planın kölgəsi altında fəaliyyətini davam etdirmək niyyətindədir və bu planın dəyişdirilməsinə meyilli deyildir. Lakin, bu dözümün də bir həddi vardır.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button