AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

İranın Şimal-Qərb Hizbullahının Azərbaycan ordusu və gənclərinə dəstək bəyanatı

İranın Şimal-Qərb Hizbullahı Qüdsün azadlığını mümkün və tezliklə həyata keçəcək bir ideya bildiyi kimi Qarabağın azad olunmasını da artıq həyata keçməkdə olan bir ideya bilir, bunu işğalçıların və istismarçıların qovulması üçün müqəddimə hesab edir.

 

Qafqaz Həqiqətləri “Oyaqliq” İnformasiya Mərkəzinə istinadla xəbər verir ki, Qarabağ məntəqəsində hərbi döyüşlərin baş verməsi və Azərbaycan Respublikasının mücahid qüvvələrinin işğal edilmiş əraziləri geri almaq üçün irəliləyişlərinin ardınca İran Şimal-Qərb Hizbullahının Əlaqələndirici Şurası Azərbaycan Respublikası ordusunun mücahidcəsinə addımlarını dəstəkləyən bəyanat yaymışdır. Bəyanatda deyilir:

Huvəl-Əziz (Odur qüdrət sahibi)

Azərbaycan Respublikasının qəhrəman xalqının işğal edilmiş 20 faiz torpaqlarını azad etmək üçün mücahidliklərinin ardınca İran İslam Respublikası Hizbullahı və Azərbaycan Respublikasının hizbullahçı ümmətinə üz tutaraq deyirik:

  1. İslami İranın Şimal-Qərb Hizbullahı Azərbaycan ordusu və gənclərinin bu haqq və islami addımını qəti şəkildə dəstəkləyir.
  2. İslami İranın Şimal-Qərb Hizbullahı Azərbaycan ordusuna dayaq olmağa hazır olduğunu elan edir.
  3. Azərbaycan üçün sionist rejimi Ermənistandan daha təhlükəlidir və Azərbaycanın əldə qalmış 80 faiz torpağı qarətçi sionist rejiminin və dünya imperializminin istismarındadır. Gözlənti odur ki, bu diyarın qeyrətli döyüşçüləri Qarabağı işğaldan azad etdikdən sonra sionist və Amerika istismarçılarını da bu ölkədən qovsunlar, ölkənin 80 faiz torpağını yumşaq və tədrici işğaldan azad etsinlər.
  4. Ötən illərdə, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin dövründə İranlı mücahidlər sübut etdilər ki, ermənilərin Qarabağdan Bakı istiqamətində irəliləməsinin qarşısını almağa qadirdirlər və dəfələrlə Qarabağı tam azad etməyə qədər irəlilədilər, lakin imperializmin bu ölkənin hökumət strukturlarına etdiyi nüfuz Qarabağın azad olunması uğurunu Azərbaycan xalqının əlindən aldı. Ona görə də etiraf etmək lazımdır ki, Azərbaycan və İran qardaşlığı inkaredilməzdir. Necə ki, qabaqkı illərdə o məntəqənin əhalisi iranlıların qonağı idilər və bu bağlılıq qiyamətə qədər qırılan deyil.
  5. İranın Şimal-Qərb Hizbullahı Qüdsün azadlığını mümkün və tezliklə həyata keçəcək bir ideya bildiyi kimi Qarabağın azad olunmasını da artıq həyata keçməkdə olan bir ideya bilir, bunu işğalçıların və istismarçıların qovulması üçün müqəddimə hesab edir.

Sonda Vəliyyi-fəqihin şimal-qərb əyalətləri üzrə hörmətli təmsilçilərinə Azərbaycan ordusuna dəstəkləri və bu haqda bəyanat yaydıqlarına görə minnətdarlıq etməklə yanaşı, özümüzü bu imam cümələrin xidmətində olan vilayət əsgəri sayır, bu bəyanatın bütün bəndlərini ölkənin şimal-qərb əyalətləri əhalisinin qəlbinin fəryadı bilir, bütün hizbullahçılardan istəyirik ki, Vəliyyi-fəqihin bu dörd təmsilçisinin sözügedən məsələdə qərarlarına əməl etmək üçün hazır ol vəziyyətində dayansınlar.

Şübhəsiz, tezliklə həzrət Məhdinin (əc) köməkçiləri dünyanı dəccalların işğalçılıq şərindən xilas edəcək.

Qüdrətli Allahın yardımı ilə

İran Şimal-Qərb Hizbullahının Əlaqələndirici Şurası

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button