ArxivIslamŞəxsiyyətlərXəbər lentiXəbərlər

İranın Moskvadakı səfiri: Qərbdə İran-Rusiya münasibətlərinin genişlənməsini istəməyənlər var

İranın Rusiyadakı səfiri :İran və Rusiya əleyhinə yayılan xəbərlər, iki ölkənin sanksiyalara qarşı əməkdaşlığı, iranlı tələbələrin Rusiyada vəziyyəti, İran səfirliyinin bu ölkədə yaşayan iranlı vətəndaşlara dəstəyi, hər iki ölkənin qarşısında dayanan problemlər barədə danışıb.

Qafqaz Həqiqətləri xəbər verir ki, Kazim Cəlali bir neçə vaxtdır ki, İranın Rusiyadakı diplomatiya aparatına rəhbərliyi öhdəsinə almışdır. Səfir çərşənbə axşamı “İRNA”-ya verdiyi müsahibəsində İran və Rusiya arasında münasibətlərin tarixi kökləri olduğunu və bu tarixin xalqın yaddaşında qaldığını deyib.

Səfir əlavə edib: “Təəssüflər olsun ki, bu tarixi yaddaşı islah edən olmayıb və İranda çoxları rusları “çarlar” və yeni nəsil də onu “Sovet Ölkələri İttifaqı” adlandırır.

İranlılar arasında SSRİ-nin parçalanmasından sonrakı dövr və Vladimr Putinin idarə etdiyi Rusaiya barədə hələ düzgün anlayış yoxdur. Bu, iki ölkə arasındakı münasibətlərə qayıdan bir həqiqətdir.

Bu yaddaşa diqqət etməklə, iki ölkə xalqları qarşılıqlı səfərlər etməyiblər və qarşılıqlı tanışlıqları yoxdur. Bu tanımamazlıq isə ikitərəfli münasibətlərə ziyan vurur. İran və Rusiya xalqları bir-birlərini daha çox tanımalıdır. Təəssüflər olsun ki, həm ruslar İranı qərb qapısından görüblər, həm də biz rusları qərb qapısından görmüşük və görürük. Bizim ortaq dilimiz olmadığından və İranda rus dilini bilənlərin çox az olduğundan bir-birimizi vasitə ilə tanımağa məcbur olmuşuq və bu vasitə qərblilər olmuşdur.”

Cəlali əlavə edib: “Qərb ölkələrinin çoxu İran və Rusiya arasında münasibətlərin genişlənməsini istəmir. Onlardan çoxu bu yolda maneələr yaradır, yalan xəbərlər yayırlar. Dəfələrlə bunun şahidi olmuşuq.”

Tehranın Moskvadakı səfiri müsahibəsinin digər hissəsində deyib: “Təəssüf doğuran haldır ki, biz Rusiyanın 50-ci ticarət ortağıyıq. Bu qətiyyən qənaətbəxş deyil.

İslami Şura Məclisindən istefa verdikdə elə həmin Məclisdə bildirdim ki, bizim Rusiya ilə ticarətimizin həcmi çox aşağıdır. Bugün bizim Rusiya ilə ticarət dövriyyəmiz cəmi 1 milyard 700 milyon dollar təşkil edir və bunun da çoxu rusların xeyrinədir. Koronavirusa görə yaranmış vəziyyətdə 2020-ci ildə bu rəqəmin daha da aşağı düşəcəyi gözlənilir.”

Cəlali bildirib: “İqtisadi münasibətlərin genişlənməsi istiqamətində iki ölkənin üzləşdiyi əsas problemlərdən biri də paralel iqtisadiyyatın olmasıdır. Çünki hər iki ölkə neft və enerji ixracatçısıdır. Digər tərəfdən biz qarşılıqlı əlaqələr üçün infrastrukturlar yaratmamışıq, yaxud bütün təlaşlara baxmayaraq hələ də iki ölkə arasında dəmiryolu və quru yol hissələrində nöqsanlar vardır.

Digər tərəfdən Rusiyanın iqtisadiyyatı bəzi qonşu ölkələrlə uyğunlaşdırılıb və əlaqələndirilib. Lakin biz ixracat mövzusunda proqramı əsas tutmadığımızdan bu ölkələrin alt kateqoriyasında yer alırıq. Məsələn tərəvəz sahəsində Azərbaycan Respublikası, digər sahələrdə isə Türkiyənin alt kateqoriyasında tərif olunuruq. Çünki İranın iqtisadiyyatı ixrac yönümlü deyil.

Biz yalnız istehsalda artım yarandıqda və istehsal olunmuş mal artıq qaldıqda ixracat fikrinə düşürük. Əlbəttə, qabaqkı vaxtlarda təcrübəsiz adamlar Rusiya bazarına daxil oldular və İran brendinə zərbə vurdular.

Sadalanan səbəblərdən iqtisadi münasibətlərdə bizə ciddi tənqidlər var. Çünki iqtisadi əlaqələrimiz qənaətbəxş olmamaqdan əlavə, həm də çox zəifdir.”

Səfir həmçinin deyib ki, dövlət sektorlarında yaxşı əlaqələr yaradılıb, lakin özəl sektorlarda əngəlləri tanımağa ehtiyac vardır. Çünki iki ölkənin özəl sektorları arasında əlaqə yoxdur və İran səfirliyi yeni dövrdə iki ölkə arasında özəl sektorları hərəkətə gətirə biləcəyinə ümid edir.

Koronavirusun yayıldığı bir vaxtda Rusiyada yaşayan İran vətəndaşlarının vəziyyətinə işarə edən səfir deyib: “Hal-hazırda bizim ən çox narahatlığımız iranlı tələbələrin durumuna görədir. Çünki Rusiyada digər ölkələrin tələbələrinin sayı elə də çoxluq təşkil etmir.

Turizm sahəsində elə də geniş əlaqələrimiz yoxdur. Amma son illərdə İrandan Rusiyaya çoxlu tələbə gəlmişdir və bugün onların sayı dörd minə çatır.

Narahatlığımız əsasən, yataqxanaların vəziyyətinə görədir. Bunun da səbəbi odur ki, yataqxana mühiti tələbələrin virusa yoluxmasına bais ola bilər. Ona görə də biz tələbələrin yataqxanada qalmasını məsləhət bilmirik. Bu məsələ ilə bağlı həm iclaslar keçirmişik, həm də tələbələrə tövsiyə etmişik ki, uyğun yerləri olmadıqda, İrana qayıtmaları daha yaxşıdır.

Bəzi tələbələr korona dövründə təhsilin taleyi ilə bağlı narahatlıq keçirir. Bu məsələnin həlli istiqamətində biz Rusiya universitetlərinə 40 məktub göndərmişik. Bu məktubların bəziləri cavablandırılıb, bəziləri isə hələ cavabı bizə göndərməyiblər. Bu səbəbdən biz Rusiya universitetlərin koronovirus vaxtında təhsilin davam edəcəyi, yaxud universitetlərin nə vaxt fəaliyyətini bərpa edəcəyi ilə bağlı qətiyyətli cavab verə bilmədikləri ilə qarşılaşmışıq.”

Səfir İran tələbələrinin Rusiyada məşğulluğu istiqamətində göstərilən dəstək təlaşlarına da toxunaraq deyib: “Hərbi Komissarlıq və Xarici İşlər Nazirliyinin dəstəyi ilə bir sıra addımlar həyata keçirildi və qərara alındı ki, hərbi xidmətə çağırılmış tələbələr də İrana səfər etmək və Rusiyaya qayıtmaq imkanına malik olsunlar.”

Koronavirus səbəbindən İran və Rusiya arasıdna uçuş xətlərinə də toxunan səfir deyib: “Uçuşlar həyata keçirilməkdədir. Biz bu günə kimi uçuşların həyata keçməsini qorumağa təlaş etmişik. Ona görə də İranın məhdud uçuşlarından biri də Moskvadan Tehrana birtərəfli uçuşlardır. Doğrusu, bir ara qiymətin qalxması problemi yarandı, lakin danışıqlardan sonra qiymətlərdə sabitlik yarada bildik ki, qalmaq üçün uyğun məkanı olmayan tələbələr Rusiyadan İrana qayıda bilsinlər.

Rusiyada yaşayan digər iranlılar da problemlə üzləşsələr, bizim vəzifəmiz onlara kömək etməkdir və onlara uyğun yardım göstərmək üçün bütün təlaşımızı işə salacayıq.”

Cəlali İran və Rusiya arasında koronavirusla mübarizə sahəsində əməkdaşlıq barədə deyib: “İlk gündən Rusiya ilə bu barədə müzakirələr apardıq və korona ilə mübarizə üçün yaxından əməkdaşlıq etməyi nəzərdə saxladıq. Rusiya da həm dərman, həm də digər tibbi sahələrdə İrana yardımlar göndərdi.

Rusiya koronavirusla mübarizə istiqamətində səhiyyə protokolları və məsləhətləri sahəsində əməkdaşlıq etməyə hazır olduqlarını bildirdi. Bununla yanaşı Rusiyanın bir neçə dərman ticarəti şirkəti İrana dərman sata biləcəklərinə hazır olduqlarını elan etdilər. Biz də bu mövzunu Tehrana çatdırdıq. Ümumiyyətlə, demək olar ki, koronavirusla mübarizə sahəsində yaxşı əməkdaşlıqlar baş tutmuşdur. Bundan əlavə, iki ölkənin xarici işlər nazirləri və parlament sədrləri bu mövzuda danışıqlar aparıblar.”

İranın sosial şəbəkələrində rusların koronavirusa qarşı dərman, yaxud vaksin tapılması ilə bağlı xəbərlərin yayılmasına münasibət bildirən səfir deyib: “Koronavirusun dərmanı ilə bağlı hər gün dünyanın müxtəlif yerlərində xəbərlər yayılır. Bu xəbərlər bizə də çatır. Elə bir gün yoxdur ki, koronaya qarşı dərmanın hazırlanması barədə xəbər yayılmasın.”

Səfir əlavə edib: “Araşdırmalar göstərir ki, Rusiyada korona xəstələrinin artdığı bu günə kimi hansısa şirkət və ya mərkəz koronaya qarşı dərman, yaxud vaksin tapmamışdır. Bu xəstəliyin dərmanını əldə etmək üçün hələlik dəqiq nəticələr yoxdur.”

Tehranın Moskvadakı səfiri İran və Rusiyanın beynəlxalq səviyyədə əməkdaşlıqlarına da toxunaraq deyib: “Ruslar İrana qarşı sanksiyaların ləğvində çox aktiv iştirak edirlər və Rusiya prezidenti Vladimr Putin özü bu məsələyə qarışdı, ölkələr arasında yaşıl koridorun yaradılması söhbətini araya gətirdi. Mənə elə gəlir ki, bu gələcəyin çox mühüm məsələsidir.

Rusiya Xarici İşlər Nazirliyi də çox açıq bəyanatla çıxış edərək Amerikanın birtərəfli sanksiyalarını pisləyib. Üstəlik, xarici işlər naziri Sergey Lavrov və bu ölkənin BMT-dəki təmsilçisi Vyen və Nyu-Yorkda sanksiyalar əleyhinə bərk mövqe sərgiləyib.”

Səfir deyib: “Dəfələrlə sanksiyaların ləğv edilməsi və sanksiyaların ləğvi istiqamətində necə irəliləmək barədə Rusiya və İran rəsmiləri arasında danışıqlar olub. Mən şəxsən insanıram ki, siyasi aspektlərdə ruslar özləri sanksiya ilə üzləşmiş bir ölkə olaraq çox təlaş ediblər.”

Səfir vurğulayıb: “Rusiyanın daxilində də atmosfer İranın xeyrinədir, ölkə KİV-ləri İran xalqını dəstəkləyir, Amerikanın İran əleyhinə antihumanitar hərəkətlərindən danışılır. Habelə, xarici işlər naziri Məhəmməd Cavad Zərifin məqaləsi Rusiyada geniş şəkildə yayıldı. Rusiyanın tanınmış siyasi və elmi simaları İrana dəstək verərək Amerika əleyhinə mövqe sərgilədilər, geniş şəkildə sanksiyaya qarşı kompaniyaya qatıldılar.”

Səfir vurğulayıb ki, dil fərqi və İranda rus dili ilə tanışlıq olmadığından rusların İrana dəstək reaksiyaları və addımları elə də əks olunmadı.

Cəlali müsahibəsində İran və Rusiya xalqlarının bir-birindən uzaqlığını münasibətlərin zəif nöqtəsi adlandıraraq deyib: “Bu iki xalq bir-birlərini tanımırlar. Təəssüflər olsun ki, qarşılıqlı səfərləri də çox azdır. Bu məsələ iranlıların Türkiyə və Avropaya milyonluq səfərlərinə diqqət etdikdə daha çox özünü göstərir. Halbuki, ən çox səfər 2018-ci ildə Rusiya dünya futbol çempionatına evsahibliyi etdiyi vaxt baş tutmuşdur və cəmi 76 min iranlı Rusiyaya səfər etmişdir.

Tehranın Moskvadakı səfiri deyib: “Münasibətləri genişləndirməyin yollarından biri də turizm əlaqələrini genişləndirməklə baş tutur. Əlbəttə, qrup şəklində baş tutan səfərlər üçün turist vizalarının ləğvi protokolu ötən ilin dekabr ayında imza olunacaqdı. Lakin korona ilə üzləşdik.

Ümumi olaraq mənə belə gəlir ki, əhalinin gediş-gəlişi ilə xalqların tanışlığındakı problem aradan qalxa bilər. Baxmayaraq ki, bunun üçün ən azından bir televiziya kanalının işə düşməsinə ehtiyac duyulur. Bu kanal vasitəsilə özümüz İranı ruslara və dünya rusdillilərinə tanıtmalıyıq.”

O vurğulayıb: “Bizim müxtəlif dillərdə fəaliyyət göstərən televiziya kanallarımız vardır. Amma İranın şimalında və Rusiyada 300 milyon nəfərlik rusdilli cəmiyyətə elə də diqqət yetirməmişik. Bəs biz özümüzü onlara necə tanıdaq? Halbuki, onlarla öz dillərində danışa bilmirik. Buna görə də Rusiya əhalisinin İranla tanışlığı çox azdır.”

Səfir müsahibəsinin davamında deyib: “Rusiyada İrana aid bir neçə mərkəz fəaliyyət göstərir. O cümlədən Mədəni Dialoq Mərkəzi. Lakin resurs məhdudiyyəti üzündən həmin mərkəzlər əsasən, bu ölkənin iranşünasları və islamşünasları üzərində fokuslanmışdır. Həqiqətdə ümumi əhali unudulmuşdur və mən ümid edirəm ki, koronadan sonra iki ölkə xalqları arasında gediş-gəlişləri artıra bilək. Digər tərəfdən də özümüzün yaxşı film və səhnə əsərlərimizi Rusiyada tərvic edə bilək. Əlbəttə, bu iş üçün investisiya lazımdır ki, istehsal etdiyimiz filmlərimizi rus dilinə çevirərək dünyanın bu məntəqəsinin əhalisinə tanıda bilək. Bu məsələ üzərində indiyədək bir iş görülməyib.”

Cəlali sonda deyib: “Sözsüz ki, hər bir səfir münasibətləri müxtəlif sahələrdə genişləndirməyə səy edir. Ümidvaram, Rusiyada olduğum müddətdə iki ölkə xalqlarını bir-birinə bugünkündən daha çox tanıtıdıra bilim. Qarşıda böyük işlərimiz durur və keçməli olduğumuz yol elə də asan və rahat deyil.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button