AktualAktualArxivIslamŞəxsiyyətlərXəbər lentiXəbərlər

İranın millət vəkili: İran, erməni işğalçılarına zərrəcə hərbi yardım göstərməyib və göstərməyəcək

Ötən gün bir çox KİV-lərdə İran parlamentinin üzvü Əli Mütəhhəri tərəfindən İran hökumətinin Qarabağ, uyğurlar və Kəşmir məsələsi ilə bağlı mövqeyini tənqid edildiyi barədə məlumat yayılmışdı.

 

İran parlamentinin digər deputatı, Mənsur Həqiqətpur ona cavab vermişdir.

 

Mənsur Həqiqətpurun İran Parlamentinin nümayəndəsi Əli Mütəhhəriyə cavabı:

 

“Bismilləhir-Rahmənir-Rahim!

 

Allahın salamı olsun qəhrəman Qarabağ şəhidlərinə. O şəhidlərə ki, çətin şəraitdə İslam, Qarabağ torpaqlarının müdafiəsi üçün vuruşurlar və qürbət şəraitində bu savaşı davam etdirirlər.

 

İran İslam Respublikası öz inqilabi və dini vəzifəsinə uyğun olaraq, işağlçı erməni qüvvələri Qarabağda müharibəyə başlayandan İranın dini və siyasi rəhbərlərinin göstərişi ilə vəzifə olaraq qeyrətli Azərbaycan xalqı və silahlı qüvvələri dəstəkləyib. Qəhrəman zabitlərimiz böyük iftixarla Azərbaycanın gənc dövlətinin ordu zabitləri ilə çiyin-çiyinə dayanıb, imkanlarımız daxilində Qarabağdakı məzlum qardaşlarımıza kömək etmişik.

 

Rəhbərimiz (Ali Dini Rəhbər ayətullahul-üzma Seyid Əli Xamenei) buyurmuşdu ki, Qarabağ İslam torpağıdır və bu yolda canından keçən – şəhiddir, yaralanan – İslam yolunda yaralanıb. Bu, bizim üçün şüar idi. Ermənilərin xain hücumu qarşısında ərazilərimizi Azərbaycan xalqının ixtiyarına verdik ki, mühasirədən çıxıb, təkrar döyüşə qatıla bilsinlər. Öz hərbi və dini biliklərimizi həmdinlərimiz və həmdillərimizin ixtiyarına verməyi özümüzə vəzifə bilirdik. Bu işlərə görə Allaha şükür edirik.

 

Bu mövzuda cənab Əli Mütəhhərinin mülahizələri ilə tanış oldum. Cənab Mütəhhəri bütün bu hadisələrdən xəbərsiz bir şəxsdir. Yaxşı olar ki, bu mövzuda sussun və məlumatlı insanları dinləsin. Mən Qarabağdakı qüvvələrimizin komandanı olaraq bəyan edirəm ki, İran İslam Respublikası erməni işğalçılarına zərrəcə hərbi yardım göstərməyib və göstərməyəcək.

 

Bizim Ermənistanla rəsmi ticarət protokolumuz var ki, Ermənistan İrandan aldığı istənilən məhsulu hərbi sahəni gücləndirmək üçün istifadə edə bilməz. Hətta hərbi qüvvələr üçün istifadə ehtimalı olan ərzaq məhsullarını da verməkdən imtina etdik.

 

İnqilabi vəzifələrimizə Fələstində, Livanda, Suriyada, İraqda, Yəməndə olduğu kimi, Qarabağda da əməl etmişik, buna əmin ola bilərsiz.

Təəssüf ki, bizim imkanlarımızdan daha çox istifadə edilmədi.

 

Mən İranın Ermənistana istənilən bir hərbi yardımını təkzib edirəm. Əksinə, bizim yeganə təlaşımız, qayğımız – Qarabağ müsəlmanlarına kömək olub. Zabitlərimiz bu torpaqda şəhadət arzusu ilə vuruşub.

 

Bir daha salam göndərirəm Qarabağ şəhidlərinə, Qarabağda döyüşənlərə, övladlarını Qarabağda döyüşə göndərən ata-analara. Bütün Qarabağ şəhidlərinin ruhuna ehtiramımı bildirirəm. Arzum budur ki, Allahu Əkbər sədaları, Əmirəlmöminin Əlinin (ə) vilayət sədaları bir daha Qarabağda səslənsin və bütün kafirlərin, işğalçıların qulaqları kar olsun.

Qarabağın azadlığı ümidi ilə!”.

 

Xatırladaq ki, öncə KİV-lər, deputat Əli Mütəhhərinin, İranın Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləməli olduğu barədə çıxışını yaymışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button