ArxivXəbər lentiXəbərlər

İranın mədəniyyət naziri Azərbaycan prezidenti ilə görüşüb

İran İslam Respublikası mədəniyyət və islami məarifləndirmə naziri Bakıda Azərbaycan Respublikası prezidenti ilə görüşüb.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, Abbas Salehi Bakıya daxil olduqdan sonra bir başa Azərbaycan Respublikası prezident sarayına gedib Azərbaycan  prezidenti İlham Əliyev ilə görüşüb. Görüşdə İranın Bakıdakı səfiri Cavad Cahangirzadə də iştirak edib.

Görüşdə Azərbaycan prezidenti iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq deyib: Son 5 ildə mən 12 dəfə İran İslam Respublikası prezidenti ilə görüşmüşəm və əlaqələrimizin səviyyəsi diplomatik əlaqələr səviyyəsindən daha yüksəlib və artıq qardaşlıq əlaqələrinə çevrilib.

İlham Əliyev İran İslam Respublikasının Azərbaycan Respublikasındakı mədəniyyət həftəsinə toxunaraq deyib: İki ölkə bir çox mədəni ortaqlıqlara malikdir və buna görə də mədəniyyət həftəsinin keçirilməsi əməkdaşlıqların daha da genişləndirilməsi üçün əlverişli fürsət yaradır.

Bu görüşdə İranlı nazir də İran İslam Respublikası prezidentinin  azərbaycanlı həmkarına səmimi salamlarını ona çatdıraraq iki ölkə arasındakı münasibətlərin səviyyəsinə toxunub və əməkdaşlıqların daha da genişləndirilməsi üçün çoxlu potensialların mövcud olduğunu diqqətə çəkib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button