AktualAktualArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

İranın mədəni və ictimai fəalları Azərbaycanda baş verən hadisələrə münasibət bildirib

Doktor Əli Əkbər Raifipur:

“Sərdar Süleymaninin şəhadəti Azərbaycan Respublikası şiələri arasında güclü dalğa yaratdı. Bu məsələ sionist rejimin narahat olmasına və AİP sədr əvəzi Hacı İlham Əliyevi həbs etmək üçün İlham Əliyevin asılı dövlətinə təzyiqlər göstərməsinə səbəb oldu. Əliyev layiqli reaksiya görməsə, bu ölkədə İslam və şiəlik qalmayacaq.”

Doktor Məsumə Nəsiri:

“İsrail və Azərbaycan Respublikası general Süleymaninin şəhadətindən sonra bu ölkədə yaranmış möhtəşəm xalq dalğasına dözüm göstərə bilmədilər və AİP sədr əvəzi Hacı İlham Əliyevi həbs etdilər. Bizim qafil olmağımız, yəni bu ölkədə islamçılara qarşı daha çox təzyiqlər intizarında olmaq.”

Tanınmış məddah Məhdi Rəsuli:

“Bir neçə ildir ki, qəsbkar sionist rejim Azərbaycan Respublikası hökumətinə nüfuz edərək şiələrə dini mərasimlər, o cümlədən İmam Hüseynə (ə) əzadarlıq və həzrət Bəqiyyətullah əzəmə (əc) mövlud mərasimi keçirməyi qadağan etmişdir. Hətta Nardaran və Bakının digər yerlərində şiələrə qarşı repressiyalar həyata keçirir, bununla 61-ci hicri ilində azad insanların qəlblərində yaranmış sevgini söndürə biləcəyini düşünür. Heyhat, batil xəyal!”

Hacı Qasim Süleymaninin şəhadəti xalqların qəlbində könüllü inqilabi hərəkətlər yaratdı, dünyanın hər yerində küfrün qəlbindən tutmuş İslamın qəlbinə kimi xalq qəlblərin sərdarının hörmətinə ayağa qalxdı və onun mübarizə məktəbinə təkid etdi. Azərbaycanda da islamçıların Hacı Qasimə sevgi nümayiş etdirməsi uşaq qatili olan qəsbkar rejimi çox narahat etdi. Ona görə də AİP sədr əvəzi höccətül-islam İlham Əliyevi həbs etdirmək üçün Azərbaycan dövlətinə təzyiq göstərdi.

Bu sionist hərəkət mütləq pislənilir və bu hərəkət göstərir ki, xalis Məhəmməd (s) İslamı ədalətsevərlərin və islamçıların intizarındadır. Həmin səhər çox yaxındır. İnşallah.

Doktor Həsən Səmədzadə

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button