ArxivXəbər lentiXəbərlər

İranın iştirakı ilə Bakı beynəlxalq kənd təsərrüfatı sərgisi açılıb

İran İslam Respublikası daxil olmaqla 31 ölkənin iştirakı ilə Bakı beynəlxalq sərgi salonunda Azərbaycan Respublikasının 25-ci Beynəlxalq Kənd Təsərrüfatı və Qida Məhsulları Sərgisi açılıb.
Bir neçə iranlı şirkət daxil olmaqla 31 ölkədən olan 400-dən çox şirkət müxtəlif kənd təsərrüfatı və qida məhsulları sahələrindəki bacarıqlarını Bakı beynəlxalq sərgisində nümayiş etdirir.
Azərbaycan Respublikasının 25-ci Beynəlxalq Kənd Təsərrüfatı və Qida Məhsulları Sərgisində kənd təsərrüfatı avadanlıqlarından əlavə, müxtəlif kənd təsərrüfatı məhsulları, baytarlıq dərmanlarıı, kənd təsərrüfatı üzrə laboratoriya aparatları, toxumlar, mal-qara yemləri, həmçinin maldarlıq, istixana, suvarma və su şəbəkəsi üzrə təchizatlar nümayiş etdirilir. Sərgi mayın 17-dək davam edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button