ArxivFatimi yaşayişIslamNardaranXəbər lentiXəbərlər

İranın bir neçə şəhərində Azərbaycan Respublikası şiələrinin məzlumluğu nümayiş etdirilib – Foto

İranın bir neçə şəhərində Azərbaycan Respublikası şiələrinin məzlumluğu nümayiş etdirilib

Tabrizjavan – Nardaran hadisəsindən 4 il ötməsinə baxmayaq Azərbaycan Respublikasında Nardaran şəhidlərinə xatirə və anım mərasiminin keçirilməsi polisin ciddi yasaqları ilə qarşılaşmışdır. Bu üzdən son günlərdə İranın müxtəlif şəhərlərində Nardaranın məzlum şəhidlərinə anım mərasimləri təşkil olunmuşdur.
Şəhidlərin anım mərasimləri Təbriz, Zəncan, Ərdəbil, Bicar, Urmiya şəhərlərində, habelə Tehranın İmam Sadiq (ə) və Şəhid Behişti universitetlərində keçirilmişdir.

26 noyabr 2015-ci ildə İmam Hüseynin (ə) Ərbəini günlərində polis qüvvələri Nardaran qəsəbəsində namazqılan və əzadarlıqla məşğul olan camaata hücum etdi. Bu hadisədə Fərmail Bünyadov, Sarvan İsgəndərov, Rafael Bünyadov və Əkbər Babayev olmaqla dörd nəfər şəhid oldu, onlarla dindar yaralandı və bir çox islamçı, o cümlədən Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırov saxlanaraq, əsassız ittihamlarla uzunmüddətli həbsə məhkum edildi.
Qanlı Nardaran faciəsindən 4 il ötməsinə baxmayaraq Bakı dövləti bütün səyini işə salaraq ötən 3 ildə olduğu kimi faciədə şəhid olanlara anım mərasimi keçirilməsinin qarşısını alır. Bu il də şəhidlər üçün Maştağada təşkil olunan mərasimə hücum edərək mərasimin keçirilməsinin qarşısını almışdır.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button