ArxivIslammədəniyyatQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Cəfərzadə: Azərbaycan xalqının Qarabağ müharibəsində qələbəsi Aşura məktəbindən örnək almaqla oldu

Ərdəbil Əyaləti İslam Təbliğatı İdarəsinin müdiri deyib: Müqavimət hərəkatı general Süleymani məktəbindən mənşələndi və bölgə xalqları arasında dini kimliyi yüksəltdi.

Qafqaz Həqiqətləri xəbər verir ki, 31 dekabrda Ərdəbilin İslam İnqilabı Qüvvələrinin İslami Qurumunun təşəbbüsü ilə “Araz tarixi həmrəylik və müqavimət mehvəri” toplantısı keçirilib. Qarabağ konfransına hazırlıq məqsədilə keçirilən bu 4-cü toplantı Şeyx Səfiyəddin Ərdəbili kompleksinin Xətai salonunda baş tutub.
Toplantının natiqlərindən olan İslam Təbliğatı İdarəsinin müdiri höccətül-islam Qasim Cəfərzadə milli camiənin təhlükəsizliyinin təmin edilməsində tarixi həmrəylik, müqavimət və mədəniyyəti çox təsirli amil adlandıraraq deyib: “Qarabağ konfransının əsas məqsədi ölkənin məsul şəxslərinin izlədiyi siyasi, ictimai və təhlükəsizlik məsələlərindən əlavə, şiə müsəlman cəmiyyətinin mədəni bağlılıqlarıdır.”
Cəfərzadə coğrafi sərhədlərdən qıraqda da İslam ümmətinin taleyinə əhəmiyyət verməyin vacibliyini vurğulayaraq deyib: “Hər bir ölkənin coğrafi sərhədlərinə hörmətlə yanaşmaq və dəyər vermək lazımdır. Digər tərəfdən də İslam ümmətinin taleyi bir-birinə sıx bağlıdır, bölgə hadisələrinə etinasız yanaşmaq və müsəlman cəmiyyətləri dəstəkləməmək mümkün deyildir.”
İslam Təbliğatı İdarəsinin rəhbəri vurğulayıb ki, düşmən daim islami cəmiyyətlərdə dini kimliyi məhv etməyə səy edir, düşmənin İslam ümməti əleyhinə hərəkətinin qarşısı alınmasa, sonrakı addımları da atacaq. İslam düşmənləri müsəlmanlar arasında islami kimliyi zəiflətməyə, cəmiyətləri kimliyə etinasız yanaşdırmağa, onları sekular və etinasız bir xalq kimi formalaşdırmağa təlaş edirlər. “Biz vahid ümmət kimi bildiririk ki, İslam ümməti kimliyi İslam mədəniyyətindən ayrı deyildir və həmişə müsəlmanların mədəni və dini kimliyini müdafiə etmək uğrunda ön cəbhədə dayanacağıq”- deyə, Cəfəri bildirib.
Ərdəbil Əyaləti Ümumi Mədəniyyət Şurasının üzvü Azərbaycan xalqının Qarabağ torpağını müdafiə etməkdə göstərdiyi iradə və əzmini dəyərləndirərək deyib: “Azərbaycan xalqı Qarabağ münaqişəsində Minsk qrupu, BMT və s. kimi müxtəlif təşkilatlardan ümidlərini üzdülər və özləri vətən torpağını azad etmək üçün ayağa qalxdılar. Bu iradə və əzm müharibədə onların qələbəsinə səbəb oldu.”
Höccətül-islam Cəfərzadə Qarabağ konfransının məqsədlərinin açıqlanmasında alim, elita, media əməkdaşları, mədəniyyət və incəsənət roluna toxunaraq müharibədən sonrakı dövrü müharibə dövründən daha önəmli adlandırıb, onları Aşura və sərdar Süleymani məktəbindən qaynaqlanan qələbədə müqavimət hərəkatının rolunu açıqlamağa dəvət edib.
İslam Təbliğatı İdarəsinin rəhbəri Qarabağ konfransının əsas mehvəri açıqlayaraq deyib: “Qarabağ şəhidlərinin anım mərasimində Azərbaycan xalqının şəhid Süleymaniyə sevgisi bölgədə müqavimət cərəyanının davam etdiyini sübut edir və bu, düşmənin narahat olduğu məsələdir.”
Cəfərzadə Qarabağ böhranında regional və trans-regional oyunçuların məqsədlərinin tanınması və araşdırılmasının vacibliyinə təkid edərək deyib: “Bu mövzuda irəli gələn mədəni, siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinə diqqət yetirilməli və araşdırılmalıdır, habelə İranın Azərbaycan xalqına dəstəyi düzgün açıqlanmalıdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button