ArxivXəbər lentiXəbərlər

İrandan ərzaq aparan gəmi Venesuela sularında

İranın Karakas səfirliyi İrandan Venesuelaya ərzaq aparan gəminin Venesuela ərazi sularına daxil olduğunu açıqlayıb.

qafqaz.ir xəbər verir ki, İranın “Golsan” adlı gəmisinin Venesuelanın “La Guevara” limanına yaxınlaşdığı bildirilir.

Mosaxar Darya nəqliyyat şirkətinə məxsus olan gəmi 15 mayda Bəndər Abbas limanından dənizə açılmışdı.

Bu arada, İranın Karakasdakı səfiri Höccətullah Sultani İran İslam Respublikasının Venesuelaya göndərdiyi “Golsan” adlı altıncı gəminin ərzaq məhsulları daşıdığını açıqlayıb.

Associated Press xəbər agentliyinin verdiyi məlumata görə, İrandan Venesuelaya üzən gəminin Karib bölgəsinə çatdığı bildirmişdi.

Xam neft ehtiyatları baxımından dünyanın ən böyük neft ehtiyatına sahib ölkələrdən biri olan Venesuela, son illərdə ABŞ-ın neft emalı zavodlarına tətbiq etdiyi sanksiyaları səbəbindən çətinliklərlə üzləşib. Bu səbəbdən İran daha əvvəl “Fortune”, “Forest”, “Petunia”, “Faxon” və “Clavel” adlı tankerlərlə Venesuelaya 1 milyon 53 min barel yanacaq göndərmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button