ArxivIslamXəbər lentiXəbərlər

İranda ilk dəfə bu il Beynəlxalq Qüds günü yürüşləri keçirilməyəcək

İranda son 40 ildə ilk dəfə Beynəlxalq Qüds günü yürüşləri bu il keçirilməyəcək.

Qafqaz.ir / bunu İran İslami Təbliğat Şurasının koordinasiya mərkəzinin sədr müavini Nüsrətullah Lütfi deyib.

Onun sözlərinə görə, koronavirus epidemiyası ilə bağlı, cari ildə geniş miqyaslı tədbirin keçirilməsi mümkün olmadığı üçün yürüş ləğv olunub:

“Lakin Ramazan ayının son cümə günü Ali Rəhbər Ayətullah Xamenei İslam ümməti ilə bir başa canlı danışacaq. Bu canlı çıxış televiziya, radio və sosial şəbəkələr vastiəsilə canlı yayımlanacaq”.

1982-ci ildə İmam Xomeyninin (r.) təşəbbüsü ilə Mübarək Ramazan ayının son cümə günü Qüds Günü elan olundu. Beynəlxalq Qüds günündə dünyanın müxtəlif ölkələrində müsəlmanlar , torpaqları işğal olunmuş və zülmə məruz qalmış Fələstin xalqına dəstək çıxaraq dolaysıyla dünyada baş verən işğalçı siyasətə öz etirazlarını bildirirlər. Bu il Beynəlalq Qüds günü may ayının 22-nə təsadüf edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button